• 29 Mart 2024

Niyyətlə əlaqəli hədisi şəriflər

niyetNiyətimizin əməllərimiz qədər önəmli hətta əməllərimizdən daha önəmli olduğunu hamımız yaxşı bilirik. Çünki əməllərimiz niyyətlərimizə görə dəyər qazanır. Necə ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur.

……..إنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى

Görülən işlər niyyətlərə görə dəyər qazanar. Hər kəs əməlinin qarşılığını niyyətinə görə alır. (Buxari, Bədul-vəhy 1, İman 41, Nikah 5, Əbu Davud, Talaq 11, Tirmizi, Fəzailul-cihad 16) Niyyətdə də əsas rol oynayan qəlbdir. Bir müsəlman xeyirli və nümunəvi bir iş görmək istəyər ancaq müəyyən səbəbdən onu edə bilməzsə, yenə də onu etmiş kimi olar yəni onun savabını qazanar.
Çünki qəlbimizdə gizli saxladığımız niyyətlərdən və açıqda etdiyimiz əməllərin hər birindən Allah Təala xəbardardır. Həm də etdiyimiz bu işlərə görə hər birimiz qiyamət günü hesaba çəkiləcəyik. Ya mükafat ya da cəza görəcəyik.

مَنْ سأَلَ اللهَ تَعَالَى الشَّهَادَةَ بِصِدْقٍ بَلَّغَهُ اللهُ مَنَازِلَ الشُّهَدَاءِ وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ

Sidq ürəklə Allah-Təaladan şəhidlik istəyən kəs yatağında da ölsə Allah onu şəhidlik mərtəbəsinə yüksəldər.(Müslim, İmarə 157, Nəsai, Cihad 36, İbn Macə, Cihad 15)
Sidq ürəklə dedikdə təkcə sözlə və hərəkətlərimizlə deyil, niyyətimizlə də səmimi olmaq önəmlidir.
Allah-Təaladan bir şey istənildiyi zaman səmimi bir qəlblə istəmək lazımdır. Hədisimizdə də bildirildiyi kimi sidq ürəklə Allahdan şəhid olmağı arzulayarsansa yatağında belə ölsən şəhidlik mərtəbəsinə yüksələrsən.
Dinimizdə ölümü istəmək yaxşı qarşılanmamışdır. Ancaq şəhid olmağı arzulamaq isə xoş qaşılanmışdır. Əgər niyyətin yaxşı olmaz, etdiyin işlər və ibadətlər göstəriş üçün olarsa, bunların Allah qatında heç bir dəyəri olmaz. Necəki Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur. Qiyamət günündə ilk dəfə bir şəhid haqqında hökm veriləcək. Allah-Təala ona dünyada hansı əməl işlədiyini soruşduğunda:
Sənin rizan üçün vuruşdum və şəhid edildim deyəcək. Ancaq Allah-Təala ona: Yalan söyləyirsən. Sənə igid desinlər deyə vuruşdun deyəcək və həmin şəxs üzü üstə sürünərək cəhənnəmə atılacaq.
Daha sonra elm öyrənib və digər insanlara öyrədən, Quran oxuyan bir şəxs Allahın hüzuruna gətiriləcək. Ona da sən nə etdin deyə sual veriləcək. Elm öyrəndim və öyrətdim. Sənin rizanı qazanmaq üçün Quran oxudum deyəcək. Allah-Təala da ona:
Yalan söyləyirsən Sənə alim desinlər deyə elm öyrəndin. Quranı isə, necə də gözəl oxuyur desinlər deyə oxudun. Və elə də deyildi. Bu şəxs də üzü üstə sürünərək cəhənnəmə atılar.
Hədisin davamında zəngin bir şəxsin də Allahın hüzuruna gətiriləcəyi, həmin şəxs də malını Allah rizası üçün xərclədiyini söləyəcək, ona sənə cömərd şəxs desinlər deyə malını xərcləriyini deyəcəklər və onu da digər iki şəxs kimi üzü üstə cəhənnəm atacaqlar. (Müslim, İmâre 152)
Son da onu deyə bilərik ki, hər nə ediriksə edək, etdiyimiz işləri, əməlləri, ibadətləri səmimi bir qəlb ilə etməyi bacarmalıyıq.

Read Previous

Türkiyədə öldürülən 7 PKK snayperi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdı

Read Next

Əsl müəllim necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.