• 24 Aprel 2024

Nümunə götürmə və təqlidə meyl

İnsan doğulduğu andan etibarən hər sahədə bir nümunəyə möhtacdır. Çünki o, dil, din, əxlaqi sifətlər,vərdiş kimi həyatını formalaşdıran bütün fikir,iman və fəaliyyətlərini məhz qarşısına çıxan nümunələr və onlardan aldığı anlayışlarla inkşaf etdirir. Bəzi xırda istisnalar olsa da,ümumən bu belədir. Məsələn, bir uşaq ata-anası hansı dildə danışırsa,o dili mənimsəyir. Daha sonra digər nümunələrlə ikinci,üçüncü və dördüncü dilləri öyrənə bilər. Yəni bir yandan baxanda insanın təlim və tərbiyəsi bir çox təsirlərə əlavə olaraq özündən fitrətən mövcud olun təqlid təmayülü yolu ilə ona müsbət və ya mənfi şeyləri təqlid  etdirməkdən başqa bir şey deyildir. Bunun sayəsində insan, əllərində böyüdüyü ata-anasından,ailəsindən və nəhayət, yaşadığı mühitdən təsir alır və bu təqlidlərdəki istedadına görə müsbət və ya mənfi bir şəxsiyyət kimi cəmiyyətin üzvünə çevrilir.

Ancaq insanın, dilini və buna oxşar zahiri xüsusları  öyrənməsi ümumiyyətlə rahat olduğu halda; onun dini, əxlaqi və mənəvi aləminin formalaşmasında böyük və ciddi əngəllər ortaya çıxır. Çünki ilahi iradənin insana imtahan məqsədi ilə verilmiş olduğu və insanı heç vaxt tərk etməyən nəfs və şeytan kimi manelər,bu cür fəzilətlərin təqlidindən insanı uzaqlaşdırır.

“Quzunun qurddan qaçmasına heyrətlənmək olmaz. Çünki quzunun düşməni və ovçusu qurddur. Lakin heyrətlənəcək hal; quzunun qurda könül verməsidir.

İnsan sahib olduğu iradə sayəsində özünü cəmiyyətdə müəyyən mövqe tutmuş şəxsiyyət kimi formalaşdırmış olur. Bu şəxsiyyətin necəliyi formalaşdığı müddətdə ona təsir etmiş və ya etməkdə olan mühitdən götürmüş olduğu şeylərlə bağlıdır. İnsanın üzərinə düşən pis ilə yaxşını seçməyi bacarmaq. Ətrafdakı insanları və insanlarn davranışlarını düzgün müqaisə edə bilməkdir. Və ən əsası ən gözəl nümunə olan Peyğambərimizi  ( s.ə.s)  özünə nümunə göturə bilməkdir.

Peyğəmbərimiz (s.ə.s) qonşusu ac ikən özü tox yatmazdı (Buxari). Allah-Təala bizləri Peyğambərimizi (s.ə.s) nümunə alıb, bu çətin günlərdə bizim yardımımıza ehtiyacı olan insanlara yardım edən, qarşılığını uca Allahdan istəyən qullarından etsin.

Read Previous

Bərzəx Aləmi

Read Next

Səxavət