• 28 Mart 2024

Ölümə Hazır Olmaq

Möhtərəm möminlər!

Bu dünya fanidir. Yalnız dünya deyil Allahdan başqa hər şey fanidir. Fani olmayan yalnız Allahdır. Deməli bu dünyada kimsə qalmayacaqdır. İstəsəkdə-istəməsəkdə hər kəs yolçudur. Dönüş Allahadır.

Hakimlərin Hakimi olan Uca Allah şərəfli kitabımız Qurani-Kərimdə belə buyurur:

“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!.”[1]

“ De: Xəbəriniz olsunki, o qaçıb durduğunuz ölüm şüphəsizki gəlib sizi yaxalayacaqdır. Sonra siz gizlini də aşkarıda bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi bir-bir xəbər verəcəkdir.”[2]

Ayələrdə açıqca göstərilirki hər kəs öləcək və dönüş yalnız Allaha olacaqdır. Əcəl saatını dəyişdirmək mümkün deyildir. Ölümün çarəsi və dərmanı yoxdur. İlahi qanun belədir.

    Əziz möminlər! Uca Allah müqəddəs kitabımız Qurani-Kərimdə bizə xəbər vermişdir ki, bu dünyadan çox millətlər gəlib keçmişdir. İnsanlıq tarixi göstərirki hər gələn getmişdir.

Bəli yaxşılar da getmiş, pislər də getmiş. Ancaq getrdikləri yer əlbətdə fərqlidir.

Qurani-Kərimin bildirdiyinə görə: Yaxşılar heç şüphəsiz  cənnətdə  pislər isə cəhənnəmdədirlər.

Diqqət edin! Malina, mülkünə, vəzifəsinə, ordularına güvənib Allahi unudan neçə sultanlar getdi. Dünyaya hökm edən hökmdarlar getdi. Allah deyənləri yandirmaq istəyən Nəmrudlar getdi. Allahın nurunu söndürmək, Allahın Rəsulunu öldürmək istəyən Əbu Cəhillər, Əbu Ləhəblər getdi. Xəstələrə dərman yazan həkimlər getdi. Gücsüzə zülm edən Zalimlər getdi. Mən sizin ən uca Rəbbinizəm deyən firovunlar getdi. Təkəbbründən dolayı, şalvarımın ütüsü pozular deyə Allaha səcdə etməyən lovğalar getdi.

Bəli mövqeyi və vəzifəsi, malı və mülkü,  gücü və qüvvəti nə olursa olsun hər gələn getdi. İndi harada o parlayan gözlər? Harada o danışan dillər? Harada o gəncliyinə, sərvətinə, məqamına məğrur olub axirəti unudanlar? Harada o saraylara sığmayan hökmdarlar? Harada keçici gözəlliyi ilə özünü bəyənib başqalarını xor görənlər. Zaman onları əritmədimi? Möhtəşəm saraylardan məzar çuxuruna, yumşaq döşəklərdən sərt torpağa, ləzzətli yeməklərdən qurd-quşa yem olub getmədilərmi? Malları, övlatları, dostları Allahdan başqa İlahları onları qurtara bilmədi.

Şərəfli möminlər! O halda bu dünyaya gələnlər getdi. Vaxtı çatanlarıda bir-bir yolçu edirik. Sıra bizədə gələcəkdir, və bu uzaq deyildir. Bu səbəblə ölümə hazır olmaqdan başqa heç bir çarəmiz yoxdur.  Pəyğəmbərimiz (s) bir hədis şərifində belə buyurur: “Dünyada bir qərib vəya yolçu kimi yaşa!”[3] Deməli bizdə yolçuyuq. Hər kəs kimi bizdə gedəcəyik. Bürünəcəyimiz kəfən bəlkə çoxdan toxunmuşdur. Gedəcəyimiz yer torpaqdır. Evimiz məzardir. O məzar ki ətləri yeyəcək, sümükləri çürüdəcəkdir. Hesab vermə yerimiz məhşərdir. Son məkanımız cənnət vəya cəhənnəmdir. Biz cənnətə layiq olmağa çalışaq.

Ölümdən və hesabdan qurtuluş yoxdur. Nə qədər yaşayırıq yaşayaq bir gün öləcəyik. Kimi və nəyi sevirsək sevək bir gün ayrılacağıq. Nə qədər malımız olursa olsun bir gün itirəcəyik.

Uca Allahımız şərəfli kitabımızda belə buyurur:

“İnsanların hesab vaxtı (olan) qiyamət günü yaxınlaşdı.”

Möhtərəm möminlər! O halda Hesab vaxtı yaxınlaşmışdır. Hər kəs kimi bizdə gedirik. Getməməyə gücümüz və imkanımız yoxdur. Bu səbəblə sayılı nəfəslərimiz tükənmədən, rənglərimiz solmadan, kəfənə bürünmədən əvvəl bu əbədi yolçuluq üçün hazırlıq görək. Necə deyərllər ölmədən əvvəl ölək. Allah təslim olaraq ölümə hazır olaq. Bu hazırlğın  ən yaxşısı  isə şüphəsizki təqvadır. Bunun üçün Hz. Rəsulullahın izindən ayrılmayaq. Unutmayaqki axirət nemətləri ancaq bu dünyada qaznılır. Bu qazancın tək yoluda qısa ifadə ilə desək İslamın istədiyi müsəlmnan ola bilməkdir.

olume hazir olmak

                                                26 Aprel  2012 / 6  C. Axir  1433


[1] Ənkəbut 57

[2] Cümə 8

[3] Buxari, Riqaq 2

Read Previous

Quran və Hədislərdən kimlər hökm çıxara bilər

Read Next

May 2012

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.