• 05 Dekabr 2020

Ömrünü Elmə Həsr Edən Bir Yetim: İbn Kəsir

Atasını itirəndə hələ üç yaşı vardı İbn Kəsirin… Əsl adı Əbul-Fida İsmayıl İmaduddin ibn Ömər ibn Kəsirdir. İbn Kəsir gözlərini dünyaya Şam yolunun üstündə strateji əhəmiyyəti olan Bəsrədə açdı. Lap qədim zamanlardan bəri ticarət karvanlarının gəlib-keçdiyi bir yer olan Bəsrə eyni zamanda Hz. Peyğəmbərimizin də gənc yaşlarda əmisi Əbu Taliblə ticarət üçün gəldiyi bir yer idi. Hətta Peyğəmbərimiz kiçik yaşlarda Bəsrəyə gəldikdə rəvayətlərə görə Bahira adlı bir rahib azyaşlı Məhəmmədin İncildə xəbər verilən son peyğəmbər olacağını söylədiyi yer Bəsrə ərazisidir. Məhz bu torpaqlarda dünyaya gələn İbn Kəsir atasının vəfatından sonra anası və böyük qardaşı ilə birlikdə Şama köçdü.

İlk dərslərini böyük qardaşı Kəmaləddindən alan İbn Kəsir yaşadığı dövrün ən məhşur alimlərinin yanında yetişmişdi. Dərs oxuduğu alimlərdən icazət də almış və tələbə yetişdirməyə başlamışdır.   Belə ki, yetişdirmiş olduğu tələbələrinin əsərləri indinin özündə də oxunmağa davam etməkdədir. Şamin məşhur mədrəsələrində müdərrislik edərkən məşhur alim Zəhəbinin ölümündən sonra Salehiyyə mədrəsəsinin baş müdərrisi, digər bir məşhur alim Subkinin vəfatından sonra isə də Eyrəfiyyə Darul- Hədis Mədrəsəsinin baş müəllimi olmuşdur. Müəllimi məşhur İslam alimi əl- Mizzinin qızıyla evlənib onun kürəkəni olmuşdur.

15- ə yaxın kitabı günümüzə qədər gəlib çıxmışdır. Bu kitablarla yanaşı bir çox yazılə risalələri var. Yazdığı əsərlərin arasında “Təfsirul-Quranil-Azim” (Böyük Quran Təfsiri) və “əl- Bidayə vən- Nihayə” adlı tarix kitabı İbn Kəsirin ən məşhur kitablarıdır. Xüsusilə Quran təfsiri mövzusunda onun “Quranı Mütləq Quranla təfsir etməliyik” sözü həqiqətən də Quranı təfsir etmək istəyənlər üçün bir üsul halına gəlmişdir. Doğrudan da Quran ayələrini təfsir etməyin ən sağlam yolu onu digər ayələrlə təfsir etməkdir. İbn Kəsirə görə təfsirdə ən əhəmiyyətli ikinci qaynaq sünnə və hədislərdir. Çünki Peyğəmbərimizinin hədisləri Quranı açıqlayıcı və izahedicidir. İbn Kəsirə görə Qurani-Kərimi təfsir edərkən üçüncü sırada səhabələrin sözləri və tətbiqatları gəlir.

İbn Kəsir bu tətbiqinin doğru olduğunu sübut etmək üçün təfsirinin müqəddiməsində Hz. Məhəmməd ilə Hz Muaz b. Cəbəl arasındakı bu dialoqu qeyd edir. Rəsulullahın “Səndən bir məsəlı haqqında soruşulduqda insanlar arasında hökm verərkən nə ilə hökm verəcəksən?” buyurması üzərinə: hökm verməzdən əvvəl Qurani-Kərimə baxacağını, onda tapa bilməzsə Rəsuli-Əkrəmin sünnəsində axtaracağını, orda da tapa bilməzsə öz qənaətinə görə hökm verəcəyini söyləmişdi. Bu cavab Rəsulullahı məmnun etdi və Allahın onu hər tərəfdən gələcək müsibətlərə qarşı mühafizə etməsi, insanlarla cinlərin şərindən qoruması, insanların hidayətinə vəsilə olması üçün dua etdi. Məhz təfsirdə də eynilə bunun kimi bir üsuldan istifadə olunmasının vacibliyini israrla vurğulayan İbn Kəsir tarixçi olması səbəbiylə də bəzən tarixi hadisələri də izah etməyə çalışmışdır.

İbn Kəsir bu əsərində, təfsirin ən gözəl yolu olan Quranı Quran ilə təfsir etmə yolunu seçmiş, buna xüsusi bir əhəməyyət vermişdir. Bir və ya bir neçə ayəni verdikdən sonra bunları zahiri məna baxımından sadə və aydın ifadələrlə özü izah edir. Bundan sonra əvvəlcə bu ayələri təfsir edən digər ayələri zikr edib bunlar arasındakı münasibətə işarə edir. Daha sonra Hz. Peyğəmbər (s.ə.s) – dən, səhabə və tabiunun tanınmışlarından rəvayətlər verərək bir ayənin təfsiri haqqındakı səslənmiş müxtəlif fikirləri də mütləq ifadə edir. İbn Kəsirin əsərləri hələ özü həyatda ikən oxunmağa və oxudulmağa başlamışdır. Öz dövrünün və sonrakı dövrlərin böyük alimləri də İbn Kəsir haqqında təriflə bəhs etmişlər. Yetişdirdiyi saysız-hesabsız tələbələri arasında İbn Həcər kimi böyük hədis alimləri, Şihabuddin ibn Hicci, Hafiz Əbul- Məhasin əl-Hüseyni kimi o dövrün məşhur alimləri də var. Ömürünün sonlarına yaxın gözlərini itirmişdir. İbn Kəsir hicri 774 (Miladi 1373) ilin Şaban ayının 26-da cümə axşamı günü 74 yaşında ikən Şam şəhərində vəfat etmişdir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 11 dəfə.

Fərahim Əzizov

Read Previous

SƏFƏR ƏDƏBİ

Read Next

4 günlük müharibə