• 29 Mart 2024

Onların namazı

namazƏsri Səadət möminləri, namazlarını əda edərkən “Allahu təalə ilə vüslət” həyəcanı yaşayırdılar. Namazlarını, dünyaya vida etmək üzrə olan adamın son namazıymış kimi böyük bir həsrət və xüşu ilə ifa edərdilər.
Sad bin Əbi Vəqqas (ra) belə rəvayət edir:
“İki qardaş var idi. Bunlardan biri digərindən qırx gün əvvəl vəfat etdi. Peyğəmbər Əfəndimizin yanında, daha əvvəl vəfat edən qardaşın fəzilətindən bəhs edildi. Bunun üzərinə Rəsulullah (səllallahu əleyhi və səlləm):
“-Digər qardaş müsəlman deyilmi?” Deyə soruşdu.
“Bəli, ey Allahın Rəsulu, o da müsəlman idi.” Dedilər. O zaman Rəsulullah (səllallahu əleyhi və səlləm) sonradan vəfat edən qardaş üçün:
“-Qıldığı namazın ona nə dərəcələr qazandırdığını siz haradan biləcəksiniz? Namaz, sizdən birinin qapısının qarşısında axan və hər gün içinə beş dəfə girib yuyunduğu, suyu bol və şirin bir çaya bənzəyir. Nə deyirsiniz, bu vəziyyət onda heç kir buraxarmı? Siz, namazın onu hansı dərəcələrə çatdırdığını bilmirsiniz!” Buyurdu. (Muvatta ‘, Kasru’s-Salat, 91)
Əbu Talha (ra) bağçasında ağacların altında namaz qılırdı. Dübsi deyilən bir quş, bağçadan çölə çıxmaq istəyərək uçdu, çıxacaq yer tapmaq üçün sağa sola gedib gəldi. Bu vəziyyət, Əbu Talhanın xoşuna getdi və bir an gözləriylə onu izləməyə başladı. Sonra namazına döndü, lakin neçə rükət qıldığını bilmədi. Bunun üzərinə; “Bu malım fitnəyə səbəb oldu, xüşu halimi pozdu!” Deyərək Allah Rəsulunun yanına getdi. Bağçada başına gələn hadisəni izah etdi və:
“Ey Allahın Rəsulu! Bu malım Allah üçün sədəqədir, istədiyiniz kimi istifadə edin, istədiyiniz yerə verə bilərsiniz.” Dedi. (Muvatta ‘, Salat, 69)
Həzrəti Ömər (ra), valilərinə belə yazmışdır:
“Mənim hüzurumda ən mühüm işiniz namazdır. Kim onu əhkamına riayət edərək gözəl bir şəkildə qılar və vaxtlarına diqqət edərsə, dinini qorumuş olur. Kim də namaza laqeyd yanaşarsa, dinin digər əmrlərinə qarşı daha çox laqeyd olar. “(Muvatta ‘, Vukûtu’s-Salat, 6)
Misvər bin məhrəmi (ra) belə izah edir:
“(Xəncərləndiyi zaman) Ömər bin Xəttabın yanına getdim. Üstünə bir örtü örtmüş, özündən keçmiş vəziyyətdə yatırdı.
Yanında olan kəslərə:
“Vəziyyəti necədir?” Deyə soruşdum.
Onlar da:
“Gördüyün kimidir. Özündən keçmiş bir vəziyyətdə yatır.” dedilər.
“Namaza Çağırın! Onu namazdan başqa heç bir şeylə qorxudub oyandıra bilməzsiniz!” Dedim.
Onlar da:
“Ey Möminlərin əmiri, namaz vaxtıdır!” Dedilər.
Həzrəti Ömər (ra) dərhal:
“Bəli, vallahi namazı tərk edənin İslamdan nəsibi yoxdur!” Deyərək ayağa qalxdı və namaza durdu. (Heysəmi, I, 295. Ayrıca baxın. Muvatta ‘, Təharət, 51; İbn-i Sad, III, 35 )
Həzrəti Əli (ra) da məmurlarından birinə:
“Hər şey, sənin namazına bağlıdır.” Buyurmuşdur.
Ala bin Əbdürrəhman bu hadisəni nəql edir:
Bir gün günortadan sonra Ənəs bin Malikin yanına getmişdik. Ənəs (radiyallahu anh), biz çatanda dərhal qalxaraq ikindi namazını qıldı. Özünə namazı erkən qıldığını söylədik. O da nə üçün belə etdiyini izah edərək dedi ki:
“Peyğəmbər Əfəndimizin belə buyurduğunu eşitdim:
“O münafiqlərin (yəni ürəklərində nifaq əlaməti olan şəxslərin) namazıdır! O münafiqlərin namazıdır! O münafiqlərin namazıdır! Onlardan biri oturur, oturur, tam günəş saralıb batmağa üz tutanda və şeytanın iki buynuzu arasına girincə qalxar, quşun yem toplaması kimi sürətlicə dörd dəfə oturub durar, namazda da Allahı çox az zikr edər.” (Muvatta ‘, Quran-ı Kərim, 46; Müslim, Məsacid, 195)
Rəsulullah (səllallahu əleyhi və səlləm) Əfəndimizin xəbərdarlıqları səbəbi ilə əshabi-kiram əfəndilərimiz namazda tədil-ərkana son dərəcə riayət edərdilər. Bir gün Hüzeyfə (ra) məscidə girdiyində, bir adamın namaz qıldığını, ancaq rüku və səcdələri tam etmədiyini görmüşdü. Namazdan sonra ona:
“Neçə ildir belə namaz qılırsan?” Deyə soruşdu.
O şəxs:
“Kırk ildir.” Dedi.
Hüzeyfə (radiyallahu anh):
“Sən Qırx ildir ki, namaz qılmırsan. Bu şəkildə namaz qılmağa davam edərkən öləcək olarsansa, Həzrəti Məhəmməd (səllallahu əleyhi və səlləm)-in fitrətindən başqa bir fitrət üzrə ölərsən .” Dedi və ona namazı necə qılacağını öyrətdi. Sonra da:
“İnsan Namazını qısa bir şəkildə qıla bilər, ancaq, rüku və səcdələrini tam etmək (yəni tədil-ərkana riayət etmək) şərtiylə!” Dedi. (Əhməd, V, 384; Buxari, Azan 119, 132, Salat 26)

Mənbə:islamveihsan.com

Read Previous

Nəbəvi tərbiyə metodu

Read Next

Əgər müsəlmanıqsa bunları düşünməyimiz lazımdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.