Onunla kral kimi rəftar et, kraliça ol!

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də inadkar ol. Gülümsə və sakit danış.

2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.

3. Ərin yatanda, onu oyatma.

4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.

5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.

6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.

7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.

8. Ondan mümkün olmayanı gözləmə.

9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.

10. Onun xətrinə dəyən heç bir söz demə. Qısacası onunla kral kimi rəftar et, kraliça ol!