• 29 Mart 2024

ORTA AFRİKADA MÜSƏLMANLARI QORXUYA SALAN “XRİSTİYAN ZÜLMÜ”

75502_hacli-zulmuOrta Afrika Respublikasında şiddət hadisələri davam edərkən, paytaxt Banguidə Müsəlmanların sıx olaraq yaşadığı məhəllələrə istiqamətli Xristian qrupların hücumları qorxuya səbəb olur. AA müxbirin görüşdüyü paytaxt sakinlərindən iş adamı Hacı Yunus, dünən axşam Anti-Balaka milislərinin bölgələrinə etdiyi hücumların səhərə qədər davam etdiyini ifadə edərək, şiddətin yaratdığı qorxu səbəbiylə son zamanlarda ev xaricinə çıxmamağa çalışdıqlarını qeyd etdi. Yerli qaynaqlar isə son hücumda insanların öldürüldüyünü ancaq itkilərin hücumlar bitdikdən sonra təsbit edilə biləcəyini ifadə etdi. Dünən axşam Bangui’de 8 Afrika Birliyi əsgərinin Anti- Balaka qruplarının hücumu nəticəsində yaralandığı ifadə edildi. Polkovnik Gebril Omar, AA müxbirinə verdiyi açıqlamasında, əsgərlərin, öz hərbi hissələrinə dönərkən Xristian qrupların arxalarından əl bombası atması nəticəsində yaralandığını, ikisinin əməliyyata ehtiyacı olduğunu qeyd etdi. İnsan Haqqları İzləmə Təşkilatı isə Müsəlmanlara qarşı meydana gələn hücumlarda xristianları günahlandırmışdı. Birləşmiş Millətlərə görə, son dövrlərdə yaşanan şiddət hadisələri səbəbiylə 400 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qaldı. Fransız və Afrika Birliyi əsgərləri isə şəhərin demək olar ki, bütün bölgələrində vardır. Hal hazırda Fransanın ölkədə 1600 əsgəri var.

MƏNBƏ:

DİNİHABERLER.COM

Read Previous

MƏSCİDİMİZDƏKİ NÖQSANLAR (GÖRÜNTÜLÜ XÜTBƏ)

Read Next

“TİLAVƏT SƏCDƏSİ” ETMƏK VACİBDİRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.