• 09 İyul 2020

Orucu Pozmağın Cəzası

Kəffarət, həm cəza, həm də ibadət mahiyyəti daşıyan fiqh terminidir. Digər müamələ və ibadətlərdə olduğu kimi Ramazan orucunda da bu ibadətin qəsdən pozulması halında ibadət növündən cəzası vardır. Belə ki, səhabədən biri Ramazan ayında xanımı ilə cinsi münasibətdə olduğu üçün “məhv oldum” deyərək Hz Peyğəmbərə (s.ə.s) gələrək aqibəti haqqında soruşdu. Sonra aralarında belə bir danışıq cərəyan etdi:

– Kölə azad etmə imakanın var?

– Xeyr.

– Arxa-arxaya iki ay oruc tuta bilərsən?

– Xeyir. Bu iş, onsuzda səbr edə bilmədiyim üçün başıma gəldi.

-Altmış yoxsulu doyuzdurma imakanın var?

– Xeyr.

Bu əsnada Peyğəmbərə bir səbət xurma gətirmişdilər. O da səbəti yoxsullara paylaması üçün ona verdi. O isə:

– Bizdən daha yoxsulu yoxdur, – deyə cavab verdi. Hz. Peyğəmbər ona belə dedi:

-Apar onları ailənə yedizdir.[1]

Şafei üləması bu hədisə istinadən kəffarəti ( 60 gün orucu), təkcə cinsi münasibətlə orucunu pozana şamil etmişdir. Ancaq Hənəfi, Cəfəri və Maliki üləması orucun hansı səbəblə olsun qəsdən pozulduğu digər hallara da şamil edərək kəffarət cəzasının vacib olduğunu bildirmişdir.[2] Bunlar aşağıdakılardır:

  • Qəsdən yeyib-içmək.
  • Qəsdən cinsi münasibətdə olmaq.
  • Qəsdən siqaret çəkmək.[3]

Kəffarət Mücadilə surəsi 3-cü ayəsindəki ” kim (azad etməyə bir kölə) tapmasa,… iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır “ cəzasıdır. Çünki Kim Ramazanda qəsdən orucunu pozarsə ona zihar edənin kəffarəti lazımdır” hədisi-şərifində məqsəd alimlərə görə, adı keçən ayədəki zihar edənin cəzasıdır.[4]


[1] Buxari, Savm, 30; Kəffarət, 13; Müslim, Siyam 81.

[2] İbn Hümam, e.a.ə., 2/83; Hilli, Şəra ‘ iu’ l- İslam, 1/152.

[3] Siqaret dumanının udulması qida xarakterli görünməsə də tərkibindəki maddələrin, xüsusilə də nekatinin ağciyər yolu ilə qana keçərək qidalandırıcı funksiyası orucu pozan hallardandır.

[4] İbn Hümam, e.a.ə., 2/ 83; Hilli, e.a.ə., 1/152; Murtaza, e.a.ə., s 70-71.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 9 dəfə.

Fərahim Əzizov

Read Previous

Qonşumuz İftar Etdimi?

Read Next

Ərəb dili dərsləri – yeddinci dərs