• 19 Aprel 2024

Orucun Fidyəsi

Uca Allah, həm də mərhəmət sahibidir. Ona görə də bəndələrin gücü çatmadığı işləri onlara təklif etmir. Qurani-Kərimdə bunun haqqında belə buyurur: “Allah, hər kəsə yalnız gücü nisbətində yük yükləyər.”[1] Fidyə də belə ibadətlərdən olub, oruc tuta bilməyəcək qədər yaşlıların və gələcəkdə sağalma ehtimalı mümkün olmayan xəstələrin Ramazan ayında tuta bilmədiyi hər oruc günü müqabilində bir fitrə miqdarı vəsaiti (bax: fitrə sədəqəsi) yoxsullara verməsidir. Bu haqda Qurani-Kərimfə belə deyilir:

“Oruc tutmağa taqəti olmayanlar isə hər günün  əvəzində bur yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.”[2]

Belə hallarda fidyənin Ramazan ayının əvvəli, yaxud axırında verilməsində heç bir fərq yoxdur. Fidyə verən istəsə, bunun hamısını bir kasıba nağd pul olaraq da verə bilər, istəsə ayrı-ayrı kasıblara paylaya bilər. Fidyə verməyə gücü çatmayanlar Allahdan bağışlanmalarını diləyərlər. Ancaq bununla belə ödəmə imkanı olmayanların ödənməsini  vəsiyyət etmələri, mirasçıların da imkan daxilində bunu ödəmələri tövsiyə edilmişdir.

Hənəfilər, xaricində əksər alimlərə görə, oruc qəzası olanlar, gələn Ramazana kimi bir il içində qəza etməzlərsə ondan sonra həm qəza həm də kəffarətlə mükəlləfdirlər.


[1] Bəqərə, 2/286

[2] Bəqərə , 2/184

Read Previous

Yetimləri himayə etmək.

Read Next

Ərəb dili dərsləri – onuncu dərs