• 19 Mart 2024

Özümüzə kimləri nümunə götürməliyik

mescidi nebiHəyatın hər mərhələsində insanin yol göstərəcək bir rəhbərə,nümunə götürəcəyi bir böyüyə ehtiyacı var.Çünki insan dinini, dilini,şəxsiyyətini formalaşdıran davranışlarını,vərdişlərini rəhbər insanlar və sevdiyi nümənivi şəxsiyyətlər vasitəsi ilə öyrənir.Məsələn bir uşaq ata-anası hansi dildə danışırsa o dili öyrənər.Bir çox hərəkət və davranışını ata-anasını təqlid edərək öyrənər.Daha sonraki illərdə isə idrak və qabiliyyətləri pillə-pillə yüksəldikcə bir çox insandan müxtəlif dərslər alar.Yəni insanin təlim tərbiyəsi fitrətindəki təqlid qabiliyyəti ilə müsbət və ya mənfi örnəkləri təqlid edər.Bu səbəblə hər kəsin özünə örnək seçdiyi insanlar çox mühümdür.

Bəşəriyyətin həqiqi rəhbərləri Peyğəmbərlərdir.Onları ən gözəl şəkildə təqib edən Peyğəmbər varisləri alimlər,ariflər və Haq dostları da peyğəmbəri görməyənlər üçün nəbəvi irşad və davranış mükəmməlliyinin zamanlara yayılmış zirvələridir. O rəhbərlərin arxasınca getmək əbədi qurtuluş və səadət səbəbidir. Bunun əksinə peyğəmbərləri və Haq dostlarını deyil,başqalarını nümunə gotürənlər qəflət, dəlalət və üsyandan qurtula bilməzlər.Çünki əyri yolun yolçularının və nəfsani arzularına ram olanların arxasınca gedənlərin həyatı həzin bir fəlakətlə nəticələnər. Müasir insanın ən böyük problemlərindən biri də elə bu deyilmi? Əyləncə içində üzən bir sıra məhşurları özünə örnək olaraq götürən, əbədi səadətini təhlükəyə atan gənclərimiz necədə həzin xüsran içindədirlər. Daima incə ruhlu və rəqiq qəlbli rəhbərlərə möhtac olan gənclərin cəmiyyətdəki qurd təbiətli, yırtıcı və məhv edici insanların arxasınca getməsi nə qədər acı bir fəlakətdir. İnsanın nümunə götürmək ehtiyacını və təqlid meylini lazımınca qarşılayacaq ən mükəmməl örnək Rasulullah (s.ə.v)-dir. Hz Peyğəmbərdən nümunə götürməyimiz heç şübhəsiz Onun misilsiz örnək şəxsiyyətinə könüldən bağlanaraq, Onu bütün qəlbimizlə sevməkdən keçir. Allah taala ayəti kərimdə belə buyurur: ”And olsun ki,sizdən Allaha və axirət gününə inananlar və Allahı çox zikr edənlər(möminlər)üçün Rəsulullahda üsveyi həsənə(ən mükəmməl bir örnək)vardır”(əl-Əhzəb,21) Başqa bir ayədə isə belə buyrulur.Peyğəmbər sizə nə verirsə,onu götürün; nəyi qadağan edirsə,ondan əl çəkin.Allahdan qorxun.Həqiqətən,Allahın cəzası çox şiddətlidir.(Həşr-7)

Cahiliyyət dövrünün ən qaranlıq insanları Allah Rəsulunun izindən gedərək bəşəriyyətə rəhbərlik edən ulduz şəxsiyyətlər halına gəldilər.Elə isə biz də həyat səfərimizdə Rəsulullahı (s.a.v) və onu təqib edən Haqq dostlarını özümüzə rəhbər edək ki, əbədi səadətə nail olaq.

Read Previous

Quran-i Kərimdə hansı möcüzələrdən söz edilməkdədir

Read Next

“Hidanə” nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.