• 28 Mart 2024

Peyğəmbər əfəndimiz (səv)-in Əbu Hureyrə (ra)-a vəsiyyəti

 mescidi-nebi_resimRəvayətə görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, Əbu Hüreyrəyə vəsiyyətində belə demişdir:
“Ya Əbu Hüreyrə! Sən, elə bir qövmün yoluna gir ki, insanlar, qorxu və dəhşətə qapıldıqları zaman onlar titrəməz, Cəhənnəmdən aman istədikdə onlar qorxmazlar. ”
Əbu Hüreyrə:
«Onlar kimdir, ey Allahın Rəsulu!» Dedikdə, Əfəndimiz sallallahu əleyhi və səlləm belə buyurdu:
“Onlar, axır zamanda mənim ümmətimdən bir birlikdir ki, qiyamət günündə peyğəmbərlər kimi haşrolunacaqlar. Onları görənlər, hallarından, onları peyğəmbər zənn edəcəklər. Nəhayət mən onları tanıyacağam, ümmətim, ümmətim! deyəcəyəm. O zamanda digər insanlar da onların peyğəmbər olmadığını anlayacaqlar. Onlar Sırat körpüsünün, üzərindən şimşək və ya külək kimi keçəcəklər. Nurlarından, dünyaya bağlı olan kəslərin gözləri dönəcək.
Dedim ki:
“Ey Allahın Rəsulu! Mənə də onların əməli kimi bir əməl əmr et ki, bəlkə onlara qatılabildim. “Əfəndimiz sallallahu aleyhi və səlləm buyurdu ki:
“Onlar, çətin bir yola girdilər: Allah onları doyurduqtan sonra onlar aclığı, geyindirdikdən sonra çılpaqlığı, suladıqdan sonra susuzluğu seçim etdilər. Bütün bunları, Allahın yanındakı nemətləri ümid edərək, tərk etdilər. Hesabından qorxaraq halalı belə tərk etdilər. Dünyada sadəcə bədənləri ilə  iştirak etdilər. Qəlbləri həmişə axirəti düşündü. Dünyanın hər hansı bir şeyi ilə məşğul olmadılar. Mələklər, peyğəmbərlər onların Allaha olan itaətlərinə heyrətləndilər. Onlara müjdələr olsun. Mən də istəyirəm ki, Allah Təala mənimlə onların arasını cem etsin.”
Əfəndimiz -sallallahu əleyhi və səlləm- belə söylədikdən sonra, onlara həsrət duyduğu üçün ağladı və belə buyurdu:
«Uca Allah yer əhlinə əzab murad edib də, onlara nəzər edərsə, əzabı onlardan başqasına çevirər. Ey Əbu Hüreyrə! Onların yoluna sarıl! »
Allahın salamı, rəhmət və bərəkəti onların üzərinə olsun. Allahım bizi də onlara qatılanlardan et! Amin.
Mənbə:

Read Previous

2015-ci il Həcc ziyarəti ilə bağlı açıqlama

Read Next

Müsəlman Qardaşları liderinə ölüm hökmü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.