• 28 Mart 2024

Peyğəmbər əfəndimiz (səv) vəfat edəndə gözləri kor olan səhabə

medineAbdullah bin Zeyd əl-Ənsari (radıyallahu anh), bir gün Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimizin yanına gəlib:
“Ya Rəsulallah! Sən mənə nəfsimdən, malımdan, övladımdan və ailəmdən  daha sevimlisən. Əgər gəlib Səni görmək kimi bir nemət olmasaydı ölməyi arzu edərdim. “Deyərək ağlamışdı.
Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz:
“Nə üçün ağlayırsan.” Deyə soruşduqlarında Abdullah bin Zeyd (radıyallahu anh):
“Ya Rəsulallah! Bir gün Sizin də bizim də öləcəyimizi, Siziin peyğəmbərlərlə birlikdə yüksək mövqelərdə olacağınızı, bizim isə Cənnətə girsək belə aşağı mövqelərdə olacağımızı düşünərək (Səni görə bilməyəcəyimin narahatlığı ilə) ağladım. “Cavabını vermişdi.
Mərhəmət və şəfqət dənizi Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm) cavab verməyib sükut etdi. Bu sırada bu ayəti kərimə nazil oldu:
Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”(Ən-Nisa, 69)
Abdullah bin Zeyd (radıyallahu anh) bir gün bağçasında çalışarkən oğlu təlaşlı bir şəkildə gəlib böyük bir üzüntü və kədər içərisində Rəsulullah (sallallahu əleyhi və səlləm)-in vəfat xəbərini verdi. Bu acı xəbərlə dünyası başına yıxılan Abdullah (radıyallahu anh) belə dua etdi:
“-Allahım! Gözlərimi al ki, bundan sonra tək sevdiyim Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm)-dən başqa kimsəni görməyim! ”
Abdullah (radıyallahu anh)-ın duası qəbul oldu və oracıqda gözləri görməz oldu. ( Kurtubî, V, 271)

Mənbə:islamveihsan.com

Read Previous

“Bu bulağın suyu müsəlmanlara haramdır”!

Read Next

Kəfil olaraq Allah yetər!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.