• 22 Avqust 2019

Peyğəmbər dövrünə aid Quran tapıldı

kohnequranAlmaniyanın paytaxtı Berlindəki dövlət kitabxanasında Həzrəti Muhamməd (s.a.) dövrünə aid olduğu güman edilən Qurani Kərim səhifələri tapılıb. ANS PRESS-in məlumatına görə, 7 səhifə perqament üzərinə yazılmış Quran nüsxələrinin 606 ilə 652-ci illərə aid olduğu güman olunur. Səhifələrin həmin illərə aid olduğu Sürihdəki laboratoriyalardan birində aparılan incələmələrdən sonra sübuta yetirilib.

“Maerkische Allgemeine Zeitung” qəzetinin xəbərinə görə, dövlət kitabxanasının mətbuat sözçüsü Janette Lyambliy bu nüsxələrin “Corpus Coranicusm” layihəsi çərçivəsində incələndiyini, Avropada olan bütün Qurani Kərimlərin bu layihə çərçivəsində elmi araşdırmadan keçdiyini bildirib.

Bu nüsxələrin isə 100 ildən artıq bir müddətdir Almaniya dövlət kitabxanasında olduğu bildirilir.

Misirin paytaxtı Qahirədə yaşayan bir alimə miras qalmış nüsxələrin XIX əsrin sonunda, XX əsrin əvvəlrində Almaniyaya aparıldığı güman olunur.

Mənbə:
ANSPRESS

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 166 dəfə.

calal calalov

Read Previous

Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək

Read Next

Kövsər hovuzu üçün iki şərt

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.