• 16 İyul 2019

Peyğəmbərimiz (səv)-i tanımağın ən feyizli yolu

peygamberimizi_tanimakRəsuli Əkrəm (səv) Əfəndimizi ən gözəl bir şəkildə tanımaq,, nəbəvi əxlaq ilə əxlaqlanmış, təqva əhli alim və arif insanların könül aləmlərindən feyz və ruhaniyyət alaraq Onun həyatını oxumaqla mümkündür. O, kamil bir şəkildə ancaq Allahdan qorxub pis əməllərdən çəkinən möminlərin qəlbi duyğularıyla oxuna bilər. Ona nə qədər təqva ilə yaxınlaşa bilsək, Onu ancaq o nisbətdə tanıya bilərik.
Ayəti-kərimədə buyurulur:
“…Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (əl-Bəqərə, 282)
Bu səbəbdən Siyer-i Nəbi öyrənmək, sırf xronoloji bir oxuma fəaliyyəti ilə ola bilməz. Peyğəmbər əfəndimiz (səv)-in həyatını ən yaxşı bilənlər, həyatları ən çox Rəsulullah (sav) Əfəndimizin həyatına bənzəyənlərdir. Onu ən yaxşı tanıyanlar, təqva həyatı içində olan və Onun sünnətini diqqətlə yaşayıb, məhəbbət və həsrətlə O rəhmət günəşinə hilal olan Haqq dostlarıdır. Çünki onlar, bir kölgənin sahibinə olan mütləq sədaqət və bağlılığıyla, Allah Rəsulunun nurlu izindən gedərlər.
Peyğəmbər Əfəndimiz (sav) ayədə də bildirildiyi kimi, əsla həvasından, öz nəfsindən danışmazdı. O yalnız, özünə vəhyolunanın bildiricisi, açıqlayıcısı və təbliğçisi idi.
Fəna fir-Rəsul, yəni Rəsulullahı sevməkdə fani olmuş Haqq dostları da, özlərindən, həva və həvəslərindən danışmazlar. Onlar daxili aləmlərini masivadan uzaqlaşdırmış olduqlarından, onlardan duyulan bütün irşad sədaları, əxlaqıyla əxlaqlandıqları peyğəmbər nəfəsindən bir hissədir. Onların ürəkləri, Haqq və həqiqət nurlarının əksetdiyi parlaq bir aynadır. Nəbəvi ifadə ilə; “Allahu təala onların eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, düşünən qəlbi və danışan dili olmuşdur.” (Baxın. Buxari, Riqaq, 38)
Varlıq Nuru Əfəndimiz (sav) hər şeyə əbədi səadət həyəcanı bəxş edən və bütün aləmləri işıqlandıran bir Günəşdir. Peyğəmbər varisi olan Allah dostları alimlər də, yaşadıqları təqva həyatı ilə O Günəşin nurunu özündə əksetdirən güzgülər kimidir.
Şeyx Sədi, vəlilərin bütün gözəlliklərini Allah Rəsuluna borclu olduqlarını, bütün könül sərmayələrini ruhaniyyət-i Rəsulullahdan əldə etdiklərini, Gülüstan adlı əsərindəki bir təmsildə belə hekayə edir:
“Bir adam hamama gedər. Hamamda dostlarından biri ona təmizlənməsi üçün gözəl qoxulu bir gil (təmizləyici torpaq) verir. Gildən, ruhu oxşayan ləziz bir ətir yayılır. Adam gilə soruşar:
“-Ey Mübarək! Sən müşksənmi, kəhrəbasanmı? Sənin könülləri məst edən gözəl qoxunla məst oldum.”
Gil ona cavab olaraq belə deyir:
“-Mən Müşk də kəhrəba də deyiləm. Bildiyiniz, adi bir torpağım. Lakin mənim yerim bir gül fidanın altında olduğuna görə hər səhər gül qönçələrindən süzülən şəbnəmlərlə yoğrulurdum. Beləliklə hissetdiyiniz, könüllərə fərahlıq verən bu gözəl ətir, o güllərə aiddir.”
Gül, Həzrəti Peyğəmbər (sav) Əfəndimizin simvoludur. Bu fani həyat məktəbindəki ən mühüm təhsil də:
O Güller Şahını tanıya bilmək,
O Gülün mübarək qoxusundan və ruhani toxumasından nəsib ala bilmək,
O Gülün yarpağında bir şəbnəm dənəsi ola bilməkdir.
Bu yolda lazım olan ən əsas yol azığı isə Ona olan məhəbbətdir.

Mənbə:İslamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 59 dəfə.

calal calalov

Read Previous

Din qardaşının xətasını görənlər nə etməlidir?

Read Next

Zərərli davranışlardan özümüzü və ailəmizi qorumalıyıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.