• 18 İyun 2019

Peyğəmbərimiz (səv) nə qədər su ilə dəstəmaz alardı?

Nümunə insan Hz. Məhəmməd -sallallahu əleyhi və səlləm- dəstəmaz və ya qüsl alarkən nə qədər sudan  istifadə edərdi? Peyğəmbər Əfəndimiz -sallallahu əleyhi və səlləm-in  dəstəmaz aldığı qab olaraq rəvayət edilən və Mədinə Muzeyində saxlanılan  “müdd” ün bir bənzərindən  istifadə edilərək  nə qədər su tutduğu  araşdırılmışdır.
Peyğəmbər Əfəndimiz -sallallahu əleyhi və səlləm-in israf mövzusunda göstərmiş olduğu həssasiyəti, sudan  istifadə edərkən də tətbiq etdiyini  və bunu həm dəstəmaz alarkən həm də qüsl alacağı zaman necə yerinə yetirdiyini Zeyd bin Sabit -radıyallahu anh-dan gələn bir rəvayətlə öyrənirik. Nəbiyyi Əkrəm -səllallahu əleyhi və səlləm- bir sa   və yaxud 5 müdd miqdarı su ilə qüsl alar, 1 müdd miqdarı su ilə də dəstəmaz alardı. Yaxşı, 1 müdd miqdarı su indiki vaxtda görəsən nə qədər suya bərabərdir?

Müdd, təxminən 832 qram qədər su tutur. Bu müdd rəvayətlərdən yola çıxaraq sənədlə Zeyd bin Sabitdən -radıyallahu anh- aid olduğu sabit olan və Mədinədə Darül Mədinə Muzeyində olan müdd əsas alınaraq hazırlanmışdır. Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-in dəstəmaz aldığı qab olaraq rəvayət edilən müddün bir bənzəri olaraq hazırlanan qabın üzərində bunlar yazılıdır:

mudd

اللهُمَّ بَارِكْ لَنَا فِي صَاعِنَا وَمُدِّنَا، وَاجْعَلْ مَعَ الْبَرَكَةِ بَرَكَتَيْنِ

Əbu Səid əl-Xudri (r.a) dən nəql edildiyinə görə Rəsulullah Əfəndimiz (s.a.v) belə dua etmişdir: “Allahım! Bizim samıza və müddümüzə bərəkət ehsan et! Bir bərəkətlə birlikdə iki qat bərəkət daha ehsan et! “(Müslim, Həcc, 476)

Allah Rəsulu (s.ə.s) bir gün  Sad ibn Əbi Vaqqası (r.a) çox su tökərək dəstəmaz aldığını görür və ona:

– Bu israf deyilmi? ˗ deyə soruşur. Bunu eşidən Sad təəccüblənərək :

– Dəstəmazda israf  olarmı ya Rəsulullah? – dedikdə, bunu eşidən Peyğəmbərimiz (s.ə.s):

– Bəli, axan çayın kənarında belə dəstəmaz alsan, suyu lazım olandan çox istifadə etsən, israf sayılır” (İbn Macə, Təharət, 48)

Dəstəmaz alarkən su israf olmamasına diqqət etmək lazımdır.

Bu rivayətlərdən anlaşılmaqdadır ki, dəstəmaz alarkən  təqribən 1 litr, qüsl edərkən də 5 litr sudan istifadə edən Hz Peyğəmdər (s.ə.v) israfın qarşısını almağa əhəmiyyət vermişdir.  Bəs görəsən Hz. Peyğəmbər (səv)-in yoluyla getməyə çalışan bizlər dəstəmaz və ya qüsl alarkən nə qədər sudan istifadə edirik?

Mənbə:islamveihsan.com

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 54 dəfə.

calal calalov

Read Previous

Mübarək üç aylar və üç aylarda oxunacaq dua

Read Next

Ölüyə nə üçün təlqin oxunur?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir