• 22 Aprel 2019

PEYĞƏNBƏRİMİZ (SƏV)-İN QARDAŞLARI

images1Məqalənin adına baxdıqda ilk növbədə ağla “Peyğəmbərin qardaşı olmayıb axı?” sualı gəlir. Bu təbiidir, çünki həqiqətən də peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in qardaşı olmayıb. Ancaq bir rəvayətdə o,

 tamamən bunun əksini ifadə edən məlumat verir. Rəvayət belədir:

Günlərin birində Rəsulullah (s.ə.s) əshabı ilə bərabər oturmuşdu. O əsnada belə dedi: “Ah! Kaş mənə tərəf (hovuzuma) gələn qardaşlarımı görsəm və onları içində şərbət olan  piyalələrlə qarşılasaydım. Cənnətə girmədən öncə onlara (Kövsər) hovuzumdan bol-bol içirsəydim.”

Bu ifadələrini duyan, canlarını, mallarını və hər şeylərini heç çəkinmədən yolunda fəda etməyə hazır olan, “Anam-atam sənə fəda olsun Ya Rəsulallah!”- deyən səhabələr bir anda çaşıb qaldılar ve Peyğəmbərə belə sual verdilər:

“Ey Allahın Rəsulu! Biz sənin qardaşların deyilik mi?”  Fəxri kainat onlara belə cavab verdi:

“Siz mənim əshabımsınız. Mənim qardaşlarım isə məni görmədən mənə iman gətirənlərdir. Mən Rəbbimdən sizinlə və məni görmədən iman edənlərlə gözlərimi aydınlatmasını istədim. ( Ramuzul-Əhadis səh-361, 4460-cı hədis)

Yeri gəlmişkən ifadə etmək istəyirəm ki, buradakı qardaş kəlməsi ümumi məna üçün işlənmişdir. Belə ki, qardaş ifadəsi həm kişiyə həm də qadınlara şamildir və buradakı qardaşlıq mənəvi qardaşlıqdır.

Fərqli təriqləri olan bu hədis, Peyğəmbərin vəfatından sonra ona inananlar üçün böyük müjdədir. Əlbəttə, o dövrdən uzaqlaşmaq hədisin önəmini daha da artırır. Bəli, bu hədis bizdən əvvəl yaşamış müsəlman qardaşlarla əlaqəli olduğu kimi bizlərlə də əlaqəlidir. Gəlin bu hədisi Peyğəmbərin qardaşı kimi düşünək. Peyğəmbərə qardaş ola bilmək sonsuz xoşbəxtlikdir. Bu cür görkəmli səxsə qardaş olmaq üçün bir çox şeydən fədakarlıq etmək lazımdır. Həqiqətən onun qardaşı olsaydıq necə rəftar edərdik?. Onunla necə dost olardıq? Hər halda onun üzülməsinə heç birimiz razı olmazdıq. Bu gün qardaş və bacılarımızın narahatçılığına dözə bilmədiyimiz kimi.

Peyğəmbərə qardaş olmaq onu tanımaqla, onun yolundan getməklə, onun sünnəsini yaşamaqla mümkündür. Həzrət Peyğəmbərin “qardaşlarım”-deyə xitab etdiyi bəxtiyarlardan olmaq üçün, onu görmədən ona və onun gətirdiklərinə inanmaq son dərəcə əhəmiyyətlidir. “Peyğəmbərimi nə qədər tanıyıram?”- deyə özümüzdən soruşaq. Təəssüflə ifadə edək ki, cavablar bir o qədər də qənaətbəxş deyil. Bizə “qardaşlarım”-deyən Peyğəmbəri bu qədər tanımaq, hətta iyirmi dörd saat ərzində çox az xatırlamaq onu incitməzmi? “Məni ailəsindən, ata-anasından və bütün insanlardan çox sevməyən kəs gerçək iman sahibi olmaz” (Buxari, İman 8; Müslim, İman 70) deyən Peyğəmbərimizi nə qədər sevdiyimizi düşünək, özümüzü sorğuya çəkək.

Haqqında söhbət gedən hədis eyni zaman bütün müsəlmanların da bir-biri ilə qardaş olduğunu ifadə edir. Əgər Peyğəmbər hamımıza qardaş deyirsə, deməli biz hamımız bir-birimizə qardaşıq. Ona görə də bütün müsəlmanlar bir-birinə qardaş kimi davranmalı, hörmət və sevgi ilə yanaşmalıdırlar. Əminliklə söyləmək olar ki, müsəlmanların bir-birinə qarşı səmimi davranması Onu çox razı salacaq və sevindirəcəkdir. Gəlin, xırda fikir ayrılıqlarını kənara qoyaraq qardaş olaq. Cünki Allah da Quranında belə buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar” (Hucurat surəsi 10). Heç qardaş da qardaşdan üz çevirərmi?. Ələbttə ki, yox. Peyğəmbər də hər zaman bizim mehriban yaşamağımızı və bir-birimizə kəm gözlə baxmamağımızı tövsiyə edərək belə buyurur: “Bir-birinizi qısqanmayın, bir-birinizə kin bəsləməyin, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə arxanızı çevirməyin, bir-birinizin arxasınca danışmayın (qeybət etməyin). Ey Allahın bəndələri, qardaş olun! (Müslim Birr,30-32) Ey qardaşlar! Peyğəmbərin bu səsinə səs verək və “Müsəlmanlar bir binanın kərpicləri kimi bir-birnə bağlıdırlar” (Nəsai, Zəkat 66) hədisinin haqqını verməyə çalışaq. Əgər bir-birimizlə və Peyğəmbərimizlə qardaş olarsaq heç şübhəsiz axirətdəki yerimiz cənnət, dünyadakı mükafatımız da firavan və xoşbəxt həyat olacaqdır.

Allah bizə, onun sadiq bəndələrindən olmağı və sevimli Peyğəmbərinə də ümmət olmağı nəsib etsin! Amin!

mənbə:

irfandergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 111 dəfə.

calal calalov

Read Previous

KEÇMİŞLƏRƏ QURAN OXUYAQ YOXSA YOX

Read Next

QURANİ KƏRİMİN QORUNMASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir