• 19 Aprel 2024

Peyğəmbər əleyhissəlamın şeytan ilə danışması

İbn Abbas (ra) anladır: Hz. Peyğəmbər  (səs) bir gün Məscidi Nəbidən çölə çıxarkən girişdə şeytanla qarşılaşdı. Peyğəmbər (səs) ona soruşdu:

–“Səni bura gətirən səbəb nədir?”  Şeytan:

–“Məni bura Allah göndərdi.” -dedi. Peyğəmbər Əfəndimiz:

–“Nə üçün?” deyə soruşunca belə cavab verdi:

–“İstədiyin sualı mənə soruşmağın üçün.” İbn Abbasın rəvayət etdiyinə görə  Rəsulullahın (səs) ilk soruşduğu şey namaza aid oldu:

–“Ey məlun, ümmətimi camaatla namazdan niyə uzaqlaşdırırsan?” Şeytan belə cavab verdi:

“Ya Muhamməd (səs) ümmətin camaatla namaz qılmaq üşün evlərindən çıxanda, sanki məni qızdırmalı xəstəlik tutar. Onlar məsciddən cıxmayınca bu xəstəlik məndən getmir.”

–“Yaxşı bəs ümmətimi elm və dua ilə məşğul olmaqdan niyə uzaqlaşdırırsan?”

–“Çünkü onlar duaya başlayınca, dua bitincəyə qədər sanki  gözlərim kor, qulaqlarım kar olur.”

–“Ümmətimi Quran oxumaqdan niyə uzaqlaşdırırsan?”

–“Çünkü onlar Quran oxuduqları vaxt mən qurğuşunun atəşdə əridiyi kimi əriyirəm.”

–“Ümmətimi cihaddan niyə uzaqlaşdırırsan?”

–“Onlar cihad üçün evlərindən çıxınca, qayıdıncaya qədər adətən mənim iki ayağım bağlanır. Həcc üçün səfərə çıxdıqları vaxt sanki zincirə vuruluram. Sədəqə verdikləri zaman da, sanki başıma bir mişar qoyularaq, bir taxta kimi başım bölünür.”[1]

Şeytan, insan bədəninə həddindən artıq yemək yemək surəti ilə nüfuz edər. İnsan yeyib içməsini azaldaraq acgözlülüyü tərgitdiyi zaman, mədə və nəfsinin tamahını əngəlləmiş olar. Beləcə şeytan ona nüfuz imkanı tapmaz. Ona təsir göstərə bilməz.

Nəfsin islahı gündə beş vaxt namazla olur. Çünkü beş vaxt namaz, nəfsin islahı üçün fərz qılınmışdır. Nəfs tərbiyəsi namazda Uca Yaradanın qarşısında əli bağlı durmaq, rüku və səcdə etməklə olur. Nəfs bu şəkildə təvazökarlığı, islahı özündə tapar.


[1] Acluni, Kəşful-xəfa, I, 537

Read Previous

ORUC TUTANLAR HARADADIR?

Read Next

Fərasət: Hər İki Dünyanı Qazanmaq