• 21 Mart 2019

Peyğəmbər əfəndimiz (səv) üçün yazılan mərsiyə

hz_omer_peygamber_efendimize_mersiye2-702x336Rəsulullah Əfəndimiz (səv) vəfat etdiyində Ömər (ra) buna inanmaq istəməyib:
“-Heç kimin “Məhəmməd (səv) öldü!” Dediyini eşitməyim! Yoxsa qılıncımla boynunu vuraram!” Deyə insanlara danışmağa başlamışdı. Bu vaxt Əbu Bəkir (ra) gələrək onu susdurmuş və məşhur bir möizə etmişdir.
Hz. Əbu Bəkirin çıxışından sonra Ömər (ra, Rəsulullah (səv) əfəndimizin üzərinə qapanıb alnından öpdü. Həm ağlayır, həm də belə mərsiyə oxuyurdu:
“Anam atam sənə fəda olsun, ya Rəsulallah! Bir xurma kötüyünə söykənərək insanlara xitab edərdin. Camaatın çoxaldığında, səsini onlara duyurabilmek üçün bir minbər hazırlatmışdın. Xurma kötüyü Sənin ayrılığına dözə bilməyərək inləməyə başlamışdı. Sən mübarək əlini onun üzərinə qoyduqdan sonra sakitləşmişdi. O halda, Sənin ümmətin, aralarından ayrılıb getdiyin üçün xurma kötüyündən daha çox ağlayıb inləməlidirlər.
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Allah qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Uca Allah sənə itaəti özünə itaət sayaraq:
“Rəsula itaət edən Allaha itaət etmiş olur” (Nisa, 80) buyurdu.
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Allah (cc) qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Uca Allah əvvəl Səni bağışladığını xəbər verdi daha sonra etdiyin zəllədən bəhs edərək belə buyurdu:
“Allah səni bağışlasın, onlara nə üçün icazə verdin!” (Tövbə, 43)
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Uca Allah qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Uca Allah Səni son peyğəmbər olaraq göndərdiyi halda digər peyğəmbərlərdən əvvəl sənin adını zikr edərək belə buyurdu:
“O zaman Biz peyğəmbərlərdən əhd almışdıq, Səndən, Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsadan da”(Əhzab, 7)
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Uca Allah qatında o qədər ülvi bir mövqeyə sahibsən ki, Cəhənnəm xalqı atəşlər içində əzab görərkən, dünya həyatında ikən sənə itaət etmiş olmağı o qədər çox arzu edəcəklər ki dəhşətli bir fəryad ilə:
“Vay halımıza! Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” Deyəcəklər. (Əhzab, 66)
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Uca Allah, Musa (əs)-a möcüzə olaraq içindən çaylar axan bir qaya lütfetməsinə baxmayaraq, bu, Uca Rabbbimizin sənin barmaqlarından şirin sular axıtmasından daha çaşdırıcı deyil. Sənə salatü salam olsun!
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Allah Təala, gedişi bir aylıq, dönüşü də bir aylıq məsafə olan küləyi Süleyman (əs)-ın əmrinə vermişdi. Bu da, Sənin Mirac gecəsi üzərinə minərək yeddi qat göyləri aşıb eyni günün səhər namazını Məkkədə qıldığın Burakdan daha təəccüblü bir şey deyil. Sənə salatü salam olsun!
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Uca Allah, İsa (əs)-a ölüləri diriltmə möcüzəsi vermişsə də, bu, qızardılmış zəhərli qoyunun Səninlə danışmasından daha təəccüblü bir şey deyildir. Qoyunun kürək qisimi sənə “Mən zəhərliyəm, məni yemə!” Demişdi. Sənə salatü salam olsun!
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Nuh (əs)-ın, səbri tükənincə qövmünə qarğış etmək məcburiyyətində qalmış və:
“Rəbbim yer üzündə kafirlərin bir dənəsini belə buraxma!” (Nuh, 26) demişdi. Əgər onun kimi Sən də bizə qarğış etsəydin, bir dənəmiz belə qalmaz, hamımız həlak olardıq. İnsanlar Sənin kürəyinə basdı, gül yanağını qanatdı, dişlərini qırdı, lakin Sən yenə də ümmətin üçün israrla xeyir istəyir və bu belə niyaz edirdin:
“Allahım! Sən qövmümü bağışla! Çünki onlar bilmirlər!”
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Yaşının azlığı və ömrünün qısalığına baxmayaraq, sənə tabe olanlar, ömrü son dərəcə uzun olan Nuh (əs)-a tabe olanlardan çox daha çoxdur. Çünki sənə çox insan iman etmiş, “Ona bir az adam iman gətirmişdi.” (Hud, 40)
Anam atam sənə fəda olsun, ya Rəsulallah! Əgər Sən yalnız öz istədiyin kəslərlə oturub dursaydın, biz Sənin sohbətinlə müşərrəf ola bilməz və Sənin yanında otura bilməzdik. Əgər öz çevrəndən başqası ilə evlənməsəydin, bizlərdən kimsəni nikahlamazdın. Əgər yalnız Sənə tay olan kəsləri vəkil təyin etsəydin, bizdən kimsəni vəkil təyin etmezdin. Ancaq Allaha and olsun həm bizimlə oturdun, həm içimizdən bəzilərini nikahladın, həm də bir qismimizi öz yerinə vəkil təyin etdin. Təvazü əsəri olaraq yun paltar geydin, eşşəyə mindin, tərikinə də insanları mindirdin, yerdə oturub yemək yedin və yeməkdən sonra barmaqlarını yalayıb təmizlədin. Allah ona salatü salam etsin! “(Qəzali, Əhya, I, 410-411; Kastalani, II, 492)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 76 dəfə.

calal calalov

Read Previous

İnsana ən böyük nəsihət

Read Next

Bir mağarada yaşananlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir