• 29 Mart 2024

Peyğəmbərimiz (səv) doğulduğu gün dünyada baş verən möcüzələr

mevludPeyğəmbər Əfəndimiz (səv), miladi 571-ci il, aprel ayının 20-ə təsadüf edən 12 Rəbiüləvvəl Bazar ertəsi sabahı dan yeri ağaranda Abdullah və Əminənin izdivac qucağında dünyamızın şərəfləndirmişdir.
Onun bu mübarək gəlişi ilə sanki bütün varlıqlar dilə gəlib:
“Xoş gəldin, ya Rəsulallah!” deyərək sürura qərq oldular.
Onun dünyanı şərəfləndirməsi ilə Allahın rəhməti bu aləmdə coşub daşdı. Səhərlər və axşamlar sanki rəng dəyişdirdi. Duyğular dərinləşdi. Hər şey ayrı bir məna, ayrı bir lətafət qazandı. Bütlər sarsılarak yerə yıxıldı. Kisraların diyarı Mədayin saraylarında sütunlar və qüllələr yıxıldı. O zamanlar insanların müqəddəs saydıqları Save gölü, zülm bataqlığı halında qurudu. (İbn Kəsir, əl-Bidayə, II, 273.)
Dünyadakı zaman və məkanda reallaşan bu hadisələr, o uca varlığın zühurunun ilk bərəkəti idi. Bu bərəkət, bütün kainatı əhatə etdi. O ilə bolluq ili deyildi. Necə ki, könül əhli nəzərində Qədr Gecəsindən sonra ən qiymətli gecə, Rəsulullahın doğulduğu gecə olaraq qəbul edilmişdir.
O gecə bir gül kimi açılan Aləmlərin Əfəndisinin feyz və bərəkətiylə dolan könüllərdən daşan ifadələr, şair misralarına ayrı bir lətafət qazandırdı:
Suya virsün bağ-ban gülzarı zəhmət çekmesün
Bir gül açılmaz üzün tək virse min gülzarə su
“Bağban gül bağçasını sulamaq üçün (boş yerə) zəhmət çəkməsin! (Çünki), min dənə gül bağçası sulasa (ya Rəsulallah, yenə də) Sənin üzün kimi bir gül (heç bir zaman) açılmaz!”
O güllər gülünün ülvi gəlişi ilə hər şeyin axışı dəyişmişdi. Rəhmət təcəlliləri, inci dənələri kimi kainata səpilmiş və nura həsrət könüllər sürûra qərq olmuşdu.
İbni Abbas (radiyallahu anh)-dan belə rəvayət edilmişdir:
“Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm), bazar ertəsi günü anadan olub, bazar ertəsi günü peyğəmbər oldu, bazar ertəsi Məkkədən Mədinəyə hicrət etdi, bazar ertəsi günü Mədinəyə çatdı, bazar ertəsi günü vəfat etdi. Bazar ertəsi günü (Kəbədə hakimlik edərək) Həcəri Əsvədi yerinə qoydu. Bazar ertəsi günü Bədir zəfərini qazandı. Bazar ertəsi günü;

اليوم اكملت لكم دينكم

“Bu gün sizə dininizi tamamladım.” (Əl-Maidə, 3) ayəsi nazil oldu.” (Əhməd, I, 277; Heysəmi, I, 196)
Onun doğumu, peyğəmbərliyi, hicrəti və vəfatının, həmişə bazar ertəsi günlərinə rast gəlməsi, bu günün əhəmiyyətininin ilahi bir nişanəsidir.
Rəsulullah (səllallahu əleyhi və səlləm)-in dünyaya gəldiyi mübarək gecədə bəzi xariqüladə hallar baş vermişdir. Bu möcüzələrdən bir neçəsi belədir:
Həzrəti Əminənin bildirdiyinə görə O, nə hamiləliyi nə də doğum əsnasında heç bir zəhmət çəkməmiş və Allah Rəsulu (səv) dünyaya gələrkən şərq ilə qərb arasını işıqlandıran bir nurun özündən çıxdığını görmüşdür. Peyğəmbər (səv) təmiz bir şəkildə, əllərini yerə söykəyərək doğulmuş və başını səmaya qaldırmışdır. (İbn-i Sad, I, 102, 150.)
O anda şeytan, həyatında heç olmadığı qədər yüksək səslə bağıraraq hay-küy salmışdır. (İbn Kəsir, əl-Bidayə, II, 271.)
İranın başçısı və din adamı Mubezan, yuxusundada bəzi itaətsiz dəvələrin bir çox yürük atları önlərinə qataraq Dəclə çayını keçdiklərini, İran torpaqlarına yayıldıklarını görmüşdür.
Səmavə vadisini su basmışdır.
Kisranın sarayından 14 sütun yıxılmışdır.
İranlıların, məbədlərindəki min ildən bəri heç sönmədən yanan atəşləri sönmüştür. (İbn Kəsir, əl-Bidayə, II, 273.)
Aişə (radiyallahu anhə)-nın dediyinə görə Məkkədə ticarətlə məşğul olan bir Yəhudi, Rəsulullah (səllallahu əleyhi və səlləm)-in doğulduğu gecə, Allah Rəsulunun dünyanı şərəfləndirməsinin əlaməti olan ulduzun doğulduğunu görmüş, Qureyş məclislərindən birinə gedərək:
“-Ey Qureyşlilər! İçinizdə bu gecə uşağı olan var mı?” Deyə soruşmuşdu.
“Vallahi bilmirik!” Deyilməsi üzərinə Yəhudi:
“-Ey Qureyş camaatı! Sizə söylədiyim şeyə yaxşı qulaq asın! Bu gecə axır zaman ümmətinin peyğəmbəri doğulmuşdur. Onun iki kürək sümüyü arasında, üzərində tüklər olan qara sarı qarışığı bir xal vardır.” Dedi.
Məclisdəkilər, Yəhudinin söylədiklərinə heyrət edərək dağılışdılar. Evlərinə çatanda Yəhudinin sözlərini ailələrinə danışdılar. Bəzilərinin ailəsi:
“-Abdullâh’ın Bir oğlu dünyaya gəlib. Ona Məhəmməd adını verdilər!” Dedi. Bunun üzərinə onlar Yəhudinin yanına gedib:
“-Məkkədə bir uşaq doğulmuş, xəbərin varmı?” Dedilər. Yəhudi:
“-Mən Sizə xəbər verdikdən sonra mı yoxsa əvvəl mi?” Deyə soruşdu.
“-Əvvəl doğulmuş, adı da Əhməddir!” Dedilər.
Yəhudinin istəyi ilə onu Hz. Əminənin evinə apardılar. Hz. Əminə mübarək oğlunu onlara göstərdi. Yəhudi, Kainatın fəxri (səllallahu əleyhi və səlləm)-in kürəyindəki peyğəmbərlik möhürünü görüncə huşunu itirdi. Ayıldığı zaman, ona:
“-Nəvar, nə olub?” Dedilər.
Yəhudi:
“Vallahi bundan sonra İsrailoğullarından peyğəmbərlik getdi! Əllərindən Kitab da getdi! Son peyğəmbərin İsrail oğullarını öldürəcəyi və din adamlarının etibarını zədələyəcəyi yazılmışdır. Ərəblər nübüvvətlə böyük bir izzət və şərəfə çatacaqlar. Ey Qureyş camaatı! Sevinin, vallahi siz, xəbəri şərqdən qərbə qədər çatacaq bir qüvvətə malik olacaqsınız!” Dedi. (İbn Sad, I, 162-163; Hakim, II, 657/4177)
Rəsulullah (səllallahu əleyhi və səlləm)-in doğuşu ilə bütün Məkkə xalqı sevinmişdi. Hətta Əbu Ləhəb, mübarək qardaşı oğludunun doğulduğunu ona müjdələyən cariyəsi Süveybəni, azad edərək onu mükafatlandırmıştı. (Hələbi, I, 138.)
Bu hadisəylə bağlı olaraq daha sonra Abbas (radiyallahu anh) bunları nəql edir:
Əbu Ləhəbin ölümündən bir il sonra onu yuxumda gördüm. Çox pis bir halda idi:
“Sənə necə rəftar edildi?” Deyə soruşdum.
Əbu Ləhəb:
“-Halım çox pisdir. Cəhənnəm atəçində yanıram. Ancaq, Məhəmmədin doğulmasına sevinərək Süveybəni azad etdiyim üçün bazar ertəsi günləri əzabım bir az yüngülləşdirilir. O gün baş parmağımla işarə barmağının arasındakı bu kiçik dəlikdən çıxan su ilə sərinləməkdəyəm.” Cavabını verdi. (İbn Kəsir, əl-Bidayə, II, 277; İbn-i Sad, I, 108, 125)

Mənbə:islamveihsan.com

Read Previous

Canlı yayımlanan namazlarda oradakı imama tabe olaraq namaz qılmaq olarmı?

Read Next

Hilyə nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.