• 05 Dekabr 2020

PKK-NIN LİDER HEYƏTİNDƏN 4 TERRORÇU MƏHV EDİLDİ

Türkiyədə separatçı PKK terror qruplaşmasına qarşı Daxili İşlər Nazirliyi tərəfindən keçirilən daxili təhlükəsizlik əməliyyatlarında 7 terrorçu zərərsizləşdirilib. Məhv edilən terrorçulardan ikisinin narıncı kateqoriyada (1 milyon lirə mükafat), ikisinin isə boz kateqoriyada (500 min lirə mükafat) olduğu bildirilib.

İlkin olaraq Siirt-Eruh-Ciraf bölgələrində, vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən hava dəstəkli əməliyyatda 5 terrorçu məhv edilərək zərərsizləşdirilib.

Öldürülən terrorçulardan birinin 1 milyon lirə mükafatla narıncı kateqoriyada axtarışda olan Jiyan kod adlı Esma Afşar olduğu, digər ikisinin 500 min lirə mükafatla boz kateqoriyada axtarışda olan Mahir Nemrut kod adlı Ferit Danışman və Azad kod adlı İsmayıl Duman olduğu müəyyən edilib.

Bundan başqa Hakkari və Van vilayət Jandarm Komandanlıqlarının təşkilatçılığı ilə Jandarm Özel Hərəkatı (JÖH) və jandarm desant birliklərinin iştirak etdiyi havadan dəstəkli əməliyyatda Faraşin bölgəsində 2 terrorçu məhv edilib. Bu terrorçulardan birinin 1 milyon lirə mükafatla narıncı kateqoriyada olan Brüsk kod adlı Basri Cin olduğu müəyyən edilib.  

islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 10 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ŞƏFAƏT NƏ DEMƏKDİR?

Read Next

ÖLKƏ PREZİDENTİ KORONOVİRUSA QARŞI ORUC TUTUB DUA ETDİ