• 28 Mart 2024

Prezident ümrə ziyarətində

prezidenthecc1Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəldilər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.

Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət etdilər.

Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən əsas müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada namaz qıldılar.

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala “Qurani Kərim”in “Al İmran” surəsində belə buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi, insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın nişanələr-İbrahimın məqamı var. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar…”.Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.

mənbə:

xezerxeber.com

Read Previous

İslamda bədnəzər

Read Next

Hicab qadağası ləğv edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.