• 20 Sentyabr 2020

PREZİDENTDƏN İLAHİYYAT İNSTİTUTUNA YENİ TƏYİNAT

Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

İslamveirfan.com xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Qeyd edək ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 14 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Fərasət: Hər İki Dünyanı Qazanmaq

Read Next

ALMANİYANIN 2 ƏYALƏTİNDƏ UŞAQLARA ƏN ÇOX MUHAMMƏD ADI VERİLİB