• 28 Mart 2024

Prezidentin verdiyi evdən imtina edən general: “Şəhid ailəsinə bağışlamağınızı xahiş edirəm”

49205
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dörgünlük savaşda göstərdiyi şücaətə görə general-mayor rütbəsi verdiyi Mais Bərxudarovun həyat yolu hamı üçün maraqlıdır.

Avropa.info xəbər verir ki, gənclərin böyük əksərinin kumirinə çevrilən döyüş generalımızın həyatı ilə bağlı Miq.az maraqlı məlumat əldə edib.

Qubadlıda dünyaya göz açan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin həmin dövrdə Hərbi Liseyin rəhbəri olan general Valeh Bərşadlı bunun qarşısını alıb və onlara təhsillərini davam etdirməyin zəruriliyini, peşəkar hərbçi kimi yetişməyin dövlətimizə daha vacib olduğunu izah edib. Mais Bərxudarov və digər kursantlar generalın sözlərinin dəyərini anlayıblar və öz təhsillərini davam etdiriblər.

Korpus komandiri tabor komandirinin tankında öndə gedib

Aprelin əvvəllərində, erməni təxribatının qarşısını almaq üçün başlayan dörgünlük əməliyyatlarda korpus komandiri olmasına baxmayaraq, Mais Bərxudarov əsgərlərə qoşularaq, döyüşdə birbaşa iştirak edib, əsgərlərin önündə savaşa girib. Generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb…

Heydər Əliyevi təəccübləndirən kəşfiyyatçı

Vaxtilə olmuş bir hadisə isə indi daha da məşhurlaşıb…. Mərhum prezident Heydər Əliyev tərəfindən Mais Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür.

Heydər Əliyev ona “Azərbaycan Bayrağı” ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə edirəm.

Prezidentə təşəkkürünü bildirən zabitimiz Heydər Əliyevə deyir:

“Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur…”

Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarov bu gün Azərbaycanın son 22 illik tarixində ilk DÖYÜŞ GENERALIDIR…

Read Previous

Yarım xurma ilə də olsa cəhənnəmdən qurtulmaq

Read Next

İçidə çölü kimi qırmızı alma

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.