• 18 Noyabr 2019

QƏZƏB

Möhtərəm möminlər, dinimizdə hirslənmək və özündən çıxmaq mənasına gələn qəzəb, qəlbin dərinliklərində yerləşən bir duyğu, kül altında gizlənən bir köz kimidir. Məqsədinə çata bilməyən insanın daxilində yanan bu atəş qəlbdəki qanın qaynamasına (çoşmasına) səbəb olur. Nəticədə ağıl vəzifəsini tam mənası ilə yerinə yetirə bilməyəcəyindən insanın bəsirəti bağlanır və mühakimə gücü zəifləyir. Buna görə də Peyğəmbərimiz (səs)-; “Bir hakim qəzəbli ikən, iki nəfər arasında hökm verməsin”[1] buyurmuşdur. Bundan başqa, bir adam həddindən çox qəzəbləndiyi zaman sakitləşdiyindən sonra utana biləcəyi bir çox davranışlarda ola bilər. Ona görə də “hirs gələr göz qaralar, hirs gedər üz qaralar” deyilmişdir. Hətta həddindən  çox qəzəblənməyə “müvəqqəti dəlilik” ifadəsi də işlədilmişdir. Peyğəmbərimiz (səs) qəzəbləndiyində nəfsinə hakim olan adamı əsl pəhlivan kimi qələmə verərək belə buyurur: “Əsl pəhlivan (fiziki güclə) başqasına qalib gələn deyil, hirsləndiyi zaman nəfsinə hakim olan kimsədir.”[2]

 Əziz möminlər,  qəzəbləndiyimiz zaman necə davranmaq lazımdır ki, hirsimiz soyusun və ya bu halımızla kiməsə zərər verməyək.

1.Qəzəbləndiyimiz zaman Allaha sığınmaq: Rəsulullah (səs) hüzurunda bir-birinə söyən iki nəfərdən birinin üzündə qəzəb hissi sezilidyi zaman belə buyurdu:

“Mən bir söz bilirəm ki, əgər bu adam onu deyərsə hirsi soyuyar. Bu söz, Əuzu billəhi minə-ş-şeytani-r-racim: Qovulmuş şeytandan Allaha sığınıram, cümləsidir.”[3] Bundan əlavə Peyğəmbərimizin (səs) Ümmü Sələmə anamıza öyrətdiyi, “Ey Nəbi olan Muhammədin Rəbbi Allahım! Günahlarımı bağşla və qəlbimin hirsini apar”[4] mənasındakı duası da qəzəb atəşindən qurtulmağın çarələrindəndir.

2.Dəstəmaz almaq: Həzrəti Peyğəmbərimiz (səs) buyurur: “Qəzəb şeytandandır. Şeytan  da atəşdən yaradılmışdır. Atəş isə yalnız su ilə söndürülür. (Bunun üçün) sizdən biriniz hirsləndiyi zaman dəstəmaz alsın.”[5]

3.Hərəkət dəyişikliyi: Qəzəb halında edilməsi gərəkli olan digər bir xüsusiyyət də şəxsin öz mövqeyindən daha passiv bir vəziyyətə keçməsidir. Bu hal Peyğəmbərimiz-(səs) tərəfindən belə bəyan edilmişdir:

“Diqqət edin! Qəzəb insan oğlunun qəlbindəki atəş parçasıdır. Gözlərin qızardığını, boyun damarlarının şişdiyini görmürsənmi? Hər kim bunun əsərini duyarsa, yerə uzansın.”[6]

Başqa bir hədisdə isə belə buyurulur: “Biriniz qəzəbləndiyində ayaqüstə isə otursun. Yenə sakitləşməzsə böyrü üstə uzansın.”[7]

4.Hirslənərkən susmaq: Dava edən iki nəfər bir-birinə qarşı həqarət etdikcə daha da əsəbləşirlər. Bu səbəbdəndir ki, Peyğəmbərimiz (səs)- “Biriniz hirsləndiyində sussun”[8]– buyurmuşdur. Çünki adi bir səbəbdən qəzəblənən insanın, qəzəblənərkən sayaqlamağa başlaması halında gözlənilməyən nəticələrin meydana çıxması mümkündür. Bir gün Peyğəmbərimizin hüzurunda bir nəfər Hz. Əbu Bəkri təhqir etdi. Hz. Əbu Bəkr isə bu adama heç bir cavab verməyərək susdu. Daha doğrusu onu təhqir edən nadana susaraq ən gözəl cavabı verdi. Peyğəmbərimiz (səs) Hz. Əbu Bəkrin bu davranışından xoşu gəldi. Ancaq bir müddət sonra Hz. Əbu Bəkr dayana bilməyib onu təhqir edən adama qarşılıq verdi. Hz. Əbu Bəkrin təhqirə qarşı bu cavabından sonra Peyğəmbərimiz (səs) orada durmayıb dərhal ayrıldı. Hz. Əbu Bəkr Peyğəmbərimizin oradan ayrılma səbəbini soruşduqda Allah Rəsulu (səs) bu cavabı verdi:

“Doğrusu susduğun zaman sənin adından o şəxsə cavab verən bir mələk var idi. Lakin eyni şəkildə sən də qarşılıq verməyə başladıqda mələk getdi, yerinə şeytan gəldi. Şeytanın gəldiyi yerdə də mən ola bilmərəm.”[9]

Əziz müsəlmanlar, xütbəmi bir ayə ilə yekunlaşdırıram. Uca Allah Ali İmran surəsi 134 cü ayədə belə buyurur: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.”

      Qezeb

 

 

18 Noyabr 2011/22  Zilhiccə 1432


[1] Tirmizi, Ehkam, 7.

[2] Buxari, Ədəb, 76.

[3] Buxari, Ədəb, 76; Əbu Davud, Ədəb, 3.

[4] İbn Hənbəl, vı, 302.

[5] Əbu Davud, Ədəb, 3.

[6] Tirmizi, Fitən, 26.

[7] Əbu Davud, Ədəb, 3.

[8] İbn Hənbəl, I, 239.

[9] İbn Hənbəl, II, 436.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 182 dəfə.

Müşfiq Xəlilov

Read Previous

İSLAM HƏR ŞEYDƏN ÜSTÜNDÜR

Read Next

AŞURA VƏ KƏRBALA FACİƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.