• 19 Mart 2024

QƏDR GECƏSİ NƏ VAXTDIR?

Qədr gecəsi barədə Quran ayələri:

Qurani-Kərimdə bildirildiyinə görə Qədr gecəsi,  içində Qəədr gecəsinin olmadığı min aydan daha xeyirlidir.

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (Bəqərə-185)

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (Qədr-1)

Qədr gecəsinin ramazan ayında olması kəsin olsa da, hansı günə təsadüf etdiyi dəqiq bilinməməkdədir.

Zirr bin Hübeyş rəvayət edir: “Übey bin Kəbə (ra) İbni Məsudun (ra), “İlin bütün gecələrini əhya edən şəxs Qədr gecəsinə təsadüf edə bilər.” – sözünü xatırlatdım. Mənə belə cavab verdi:

“Bir olan Uca Allaha and olsun ki, Qədr gecəsi ramazan ayındadır. Qədr gecəsi Rasulullahın (SAV) bizə namaz qılmağımızı əmr etdiyi gecədir. Bu da ramazanın 27-ci gecəsidir. O gecənin əlaməti, həmin gecə səhər açılanda günəşin ağ və şüalarının gözü qamaşdırmayacaq şəkildə doğmasıdır.” (Müslim, Salâtü’l-Müsâfirîn, 179)

Abdullah ibni Ömərin (ra) rəvayətinə görə, Rasulullah (SAV) belə buyurmuşdur: “Qədr gecəsinə qovuşmaq istəyən onu 27-ci gecədə axtarsın.” (Əhməd b. Hənbəl, əl-Müsnəd, VIII, 426)

Beləliklə də ramazan ayının 27-ci gecəsini ibadət və zikirlə oyaq keçirməyimizi tövsiyyə etmişdir.

Qədr gecəsinin ramazan ayının 27-ci gecəsində olması (Müslim, Salâtü’l-Müsâfirîn, 179-180) ümumi qəbul edilmiş fikir olsa da, ramazanın son on gününün tək gecələrində (Müslim, Sıyâm, 207) və ya son yeddi gecəsində axtarılması barədə də müxtəlif rəvayətlər var. (Müslim, Sıyâm, 205-206). Yəni ramazanın son gecələrini, Qədr gecəsi imiş kimi dəyərləndirməliyik.  

islamveirfan.

Read Previous

OSMAN NURİ TOPBAŞ – RƏHMƏT, MƏĞFİRƏT VƏ TƏZKİYƏ İQLİMİ

Read Next

TALUTUN YOL YOLDAŞLARI