• 29 Mart 2024

Ana bətninə hər hansı bir tibbi vasitə yerləşdirmək və ya uşaqlıq yolunu bağlatma deyilən yöntəmlərlə hamiləliyə mane olmaq caizdirmi? Belə yöntəmlər qadının güsulunu və ya orucunu pozarmı?

yaradilisSUAL: Ana bətninə hər hansı bir tibbi vasitə yerləşdirmək və ya uşaqlıq yolunu bağlatma deyilən yöntəmlərlə hamiləliyə mane olmaq caizdirmi? Belə yöntəmlər qadının güsulunu və ya orucunu pozarmı?

CAVAB: İslam evliliyə böyük əhəmiyyət vermişdir. Bunun səbəbləri arasında bunlar sayıla bilər: Nəslin davam etdirilməsi, ər-arvadın bir-biriylə rahatlıq tapması, gözün və namusun haramlardan qorunması. Evliliyin ən əsas məqsədlərindən biri nəslin davam etdirilməsi olduğuna görə xəstəlik, yayılmış əxlaqsızlıq və şiddətli yoxsulluq kimi üzrlər olmadığı təqdirdə evli cütlər hamiləliyi önləyən üsullara başvurmamalıdırlar. Ancaq ər-arvad hər hansı bir  üzrlərinin olduğu qənaətində olsalar və ya bu mövzuda tibb mütəxəssisi və İslami elmlərdə mütəxəssis bir elm adamı, onlara hamiləlikdən qorunmaq üçün kəskin səbəb olduğunu söyləmişdirsə dərman istifadə etmək, spiral taxmaq və ya kanal bağlatmak üsullarından uyğun olanına müraciət edilə bilər. Spiral, bədənin daxili qisiminə yerləşdirildiyi üçün güsula zərər verməz. Çünki daxili qismin güsul edərkən yuyulması lazım deyil. Spiral oruca zərər verməzsə də ilk yerləşdirildiyində qadının oruclu olmaması lazımdır. Kanal bağlatmaq isə həmişəlik sonsuzluğa gətirib çıxaracaq xüsusiyyətdə olmamalıdır. Əks halda caiz olmaz.

mənbə:

ilmihal.altinoluk.com

Read Previous

“İRFAN” JURNALI 2014-CÜ İLİN ABUNƏ KAMPANİYASINA BAŞLAMIŞDIR

Read Next

Ana bətnində meydana gələn rüşeymi abort adı verilən tibbi bir əməliyyatla məhv etmək caizdirmi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.