• 19 Aprel 2024

Qadınların öz aralarında başlarını açmaları və ya əylənmələri caizdirmi?

Qadınlar bir birinə qarşı örtüb – açmaqları caiz (icazə verilmiş) olan ya da olmayan yerlər haqqında hökmlər aşağıdakı kimidir.

• Bir qadın, digər bir qadının diz qapağı (diz qapağı da qadağaya daxildir ) və göbək arasını  xaric,  bədənini görə bilər. Ancaq şəhvət və fitnə ehtimalı varsa görülə bilməz.

• Qeyri müsəlman bir qadın, müsəlman bir qadının əl, üz ayaq xaric qalan yerlərini görməməlidir. Salihə bir qadın da, günahkar bir qadına bədəninin əl, üz və ayaq xaric bədəninin digər yerlərini göstərməməlidir. Onsuzda bir müsəlman, dini həssaslığı səbəbi ilə, gördüyü məhrəm şeyləri başqalarının yanında danışmaqdan çəkinər. Ancaq qeyri müsəlman və günahkar bir qadın isə, bəhs etdiyimiz dini həssaslığı olmadığına görə gördükləri məhrəm şeyləri başqalarının  yanında danışmaqdan çəkinməzlər. Bu həm də fitnəyə səbəb olar.

• Qadının başqa bir qadının övrət (göbək ilə diz qapağının arası) yerlərinə baxması haramdır.

• Qadın həkim, tədavi etdiyi qadın xəstəsinin övrət yerlərinə müalicə məqsədli baxa bilər. Mamaça və tibb bacısı kimi doğumda işləyən qadınlar da, hamilə qadının övrət yerlərini görə bilərlər.

• Xına gecəsi kimi qadın yığıncaqlarında və ya dini ayin üçün qadınların öz aralarında toplaşdıqları günlərdə, qadınların kişiləri, kişilərin də qadınları görə bilməyəcəkləri bir vəziyyətdə omaları şərtdir.

Qadınlara fərz olan, həm yad kişilərə görünməmələri, həm də onlara baxmamalarıdır. Ayrıca qadınlar səslərini yad kişilərin eşitməmələri üçün bu mövzuda maksimum diqqət etməlidirlər. Yuxarıda sadalanan hökmlər çərçivəsində qadınların öz aralarında toplaşmaqlarında bir qorxu yoxdur.

Read Previous

Həzrət Peyğəmbərin çox evliliyi

Read Next

Toylarda əylənmənin hökmü nədir?