• 26 May 2019

Qafqazın ən hündür minarəli məscidi AZƏRBAYCANDADIR

Qafqazda ən hündür minarəsi olan məscid Balakəndə yerləşir. Unikal abidənin 200 ilə yaxın yaşı var.

Balakən rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevin “Report”a verdiyi məlumata görə, rayon ərazisində yerləşən Pəri qalası, Nur məbəd, Katex gözətçi qüllələri ilə yanaşı, Qafqazın ən uca minarəli məscidi də respublika əhəmiyyətli memarlıq abidəsidir: “Ən hündür minarəsi olan məscid 1867-1877-ci illərdə tikilib. Məscidin tikintisinə Qax rayonunun İlisu kəndindən olan usta başlasa da, onun ölümündən sonra minarənin inşasını ustanın şagirdləri başa çatdırıblar. Yerli sakinlər isə minarənin balakənlilər tərəfindən inşa edildiyini deyirlər”.

Muzeyin direktoru əlavə edib ki, hər il Balakən rayonuna gələn turistlərin 90 faizi məscidi ziyarət edir.

Məscidin minarəsinin uzunluğu 45, eni isə 23 metrdir. Məscidin binası çay daşından, minarəsi isə bişmiş kərpicdən inşa edilib. Tikintidə əhəng və yumurta sarısından istifadə olunub ki, bu da indiyə qədər hündür minarənin dayanıqlı qalmasına kömək edib.

din-az_2016-11-17_11-31-57
din-az_2016-11-17_11-31-22
din-az_2016-11-17_11-31-51

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 58 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Övladımıza özünə güvənməyi necə öyrətməliyik

Read Next

İslamın ilk müəllimi kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir