• 19 Mart 2024

Qəbirdən çıxan uşaq alim oldu

Sultan 1-ci Əhməd Xan zamanında yaşamış olan Meyyitzadə, fəzilət və mədəniyyət cəhətdən məşhur bir Osmanlı alimidir. Özünə Meyyitzadə, yəni “ölünün oğlu” adının verilməsi, rəvayətə nəzərən başından keçən bu ilahi möcüzə səbəbiylə olmuşdur:

Meyyitzadənin atası igid bir əsgər idi. Sultan 3. Məhməd 1596-ci ildə “Eğri Səfərinə” getmək üçün səfərbərlik elan etmişdi. Meyyitzadənin atası da həmin səfərdə iştirak etmək üçün çağırılmışdı. Lakin o əsnada xanımı hamilə idi və doğumu da bir xeyli yaxınlaşmışdı. Allah yolunda cihad etməyi hər şeydən üstün tutan cəngavər ata, səfər hazırlıqlarını tədarük etdi və hamilə xanımı ilə şəfqət və məhəbbət hissləri içərisində hallaşdı.

Ruhları coşduran qaval səsləri ilə özünü döyüş həyəcanına qapdırmışdı. Son dəfə nur üzlü vəfalı və fədakar xanımına baxdı. Doğum əsnasında yanında olub onunla maraqlana bilməyəcəyi üçün, ürəyi qəmli bir halda, düşmənə qılınc çəkəcək olan əllərini ədəblə Uca Allahın ülvi dərgahına açdı. Gözlərinə yığılan mərhəmət damcıları arasında belə niyaz etdi:

“İlahi! Sənin yolunda savaşa gedirəm. Məlumundur ki Səndən başqa kimsəm yoxdur! İlahi! Bu vəfalı və çiləkeş xanımımdan doğulacaq olan övladımı Sənə əmanət edirəm. Lütf və kərəminlə onu mühafizə et!”

Bundan sonra atına atlayan cəngavər ata, sürətlə gözdən itdi. Osmanlı ordusu ilə birlikdə Eğriyə çatıb düşmənlə hərbə tutuşaraq aslanlar kimi döyüş etdi. Nəticədə Allahın yardımı ilə Osmanlı ordusu, müzəffər oldu. Zabitlərdən əsgərlərə qədər bütün igidlər, alınlarında şərəf və zəfər sevinci ilə İstanbula döndülər.

Cəngavər ata komandirindən icazə alıb evinə getdi. Ancaq evə gəldiyi zaman gördü ki, evində heç kim yoxdur. Halbuki ordunun muzəffər döndüyü xəbəri hər tərəfdə duyulmuş olduğundan, xanımının evdə onu gözləyir olması Iazım idi. Böyük bir maraq və təlaş içərisində dərhal ətrafdakı qonşularının yanına getdi və xanımını soruşdu. Cəngavər atanı qarşılarında görən qonşular, qəmli bir şəkildə:

“-İgid! Allah savaşınızı mübarək etsin və sizin ömürünüzə bərəkət ehsan etsin!” Dedilər.

Bu cümlədən nəzərdə tutulan həqiqəti anlayan ata, bir anda ürəyini qucaqlayan yandırıcı bir əzabın verdiyi iradəsizliklə:

“Xeyr, ola bilməz!” Deyə kəkələdi və sonra yüngül bir səslə:

“-Ola bilməz! Mən doğulacaq balamı kainatın Rəbbinə əmanət etmişdim! O, mühafizə edənlərin ən yaxşısıdır!” Dedi.

Bir müddət dərin bir sükut içində qısa bir an keçdi. Kədərli ata, yanındakılara baxdı; sonra içinə doğan bir ilhamla qışqırdı:

“-Əlbəttə ki, mərhəmət sahibi olan Allah, mühafizə edənlərin ən yaxşısıdır! Siz mənə xanımımın qəbirini göstərin!” Dedi.

Birlikdə qəbirisitanlığa yönəldilər. Baba, ürəyinin səsinə uyub qazma və kürəyini də yanına götürmüşdü. Qəbir ona göstərildiyində həyəcanla qulağını məzarın torpağına söykədi və dinləməyə başladı. Bir müddət sonra qışqırdı:

“-Baxın Balamın səsini eşidirəm!”

Cəld qazma və kürəyinə sarılaraq qəbri açmağa başladı. Onunla birlikdə gələnlər də məzardan incə incə yayılan uşaq səsini eşitdikləri üçün bu qəmli ataya kömək etdilər. Qəbir tamamilə açıldığında ortaya çıxan mənzərə, iradələri sıfırlayacak qədər heyrət və dəhşət verici idi:

Qəbirdə ölü anadan doğulmuş nur topu kimi bir bala var idi və anasının sinəsinə yapışmış bir vəziyyətdə dayanırdı.

Cəngavər ata, tez balasını götürüb bağrına basdı. Onun çəhrayı yanaqlarına busə qondurdu. Sonra övladını isti bir qundaqla qucaqladı. Açılmış olan qəbiri də, dilində “vəda fâtihası” olduğu halda etina ilə təkrar bağladı. Hər kəs, bu möcüzəvi və Rəbbani təcəlli qarşısında heyrətlər içərisində idi.

Böyük bir təzimlə Uca Allahı təsbeh və təqdis edirdi. Nəmli gözlərlə səcdəyə qapanmış, xanımının vəfatı hüzn, övladı səbəbiylə də sevinc dolu bir könüllə Rəbbinə həmd edirdi.

Bu övlad, gözəl bir təhsil və tərbiyə içərisində böyüdü və şöhrəti bütün Osmanlı mülkünü qucaqlayan zahid bir alim oldu. Başından keçən bu möcüzəvi təcəlli səbəbindən həmişə Meyyitzadə deyə anıldı. O, Haqq Təalaya mütləq və səmimi bir təslimiyyətin, ibrətli və hikmətli bir bərəkəti idi.

Öz əmrinə səmimiyyət və ixlasla ram olan Həzrəti İbrahim (əs)-ı atəşdə yandırmayan və Həzrəti İsa əleyhissəlamı atasız yaradan, hər şeyə Qadir olan Allah, bu şəxsin də atasının ixlası bərəkətiylə ölü bir anadan doğulmasını istəmişdi.

Qüdrət, güc və əzəmət, yalnız Uca Allaha aiddir.
Meyyitzadənin dəfn olduğu məzarlığa, onun adına istinadən “Meyyitzadə Qəbiristanlığı” deyilmişdir.

Mənbə:islamveihsan.com

Read Previous

Mart 2017

Read Next

Əbu Hənifənin “halal ticarət” həssaslığı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.