• 29 Mart 2024

Qubada canlı şüşəli xatirə muzeyi yaradılacaq

Qubada canlı şüşəli xatirə muzeyi yaradılacaq

 

Quba rayonunda yaxın günlərdə 2-ci “Soyqırım memorial kompleksi”ndə tikinti işlərinə başlanılacaq. ANS PRESS-in bölgə müxbirin verdiyi məlumata görə bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba Soyqrımı Ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib.

Onun sözlərinə görə yaxın günlərdə Quba Soyqrımı Məzarlığında yeni canlı şüşəli xatirə muzeyi yaradılacaq. Q.Ağayev bununla əlaqədar olaraq hökümətə iki təklif verdiklərini söyləyib.1-ci təklifdə ikiqat şüşəli içərisi vakuum olan muzey, 2-ci təklifdə isə içərisi ozon qazı ilə dolu olan muzey kompeksinin yaradılması nəzərdə tutulub: ” Bu qazların təsiri nəticəsində sümüklər uzun müddət xarab olmayacaq”.

Q.Ağayev xatirə muzeyinin Soyqrımı Məzarlığının 494 kvadrat metrlik ərazidə inşa ediləcəyini söyləyib: “Soyqrımı məzarlığının ümumi ərazisi 514 kvadrat metrdir. 20 kvadrat metrlik məzarlıq ərazisində isə muzey tikilməyəcək və bizə inanmayanlara bir əyani və canlı sübut kimi saxlanılacaq”.

Quba Soyqrımı Məzarlığından 7 min ədəd sümük yuyulub-təmizlənmək və boyanmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininə göndərilib: “Bu sümüklər də nümayiş olunmaq üçün xatirə muzeyinə gətiriləcək”.

Mənbə: anspress.com

Read Previous

İki ay sonunda İsraildən Qəzzəyə mərmili hücum

Read Next

Magistrlər hərbi xidmətdən azad edilə bilərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.