• 23 Aprel 2024

Qulun dünyalıqla imtahanı

kulun_dunyalikla_imtihaniAllahu təala qullarını ancaq güclərinin çatacağı çətinliklərlə imtahan edər.
Hz. Əbu Bəkir (ra), yoxsul müsəlmanlara yemək yedirər, onları doyurardı. Bir gün Əbu Cəhil ona:
“-Ey Əbu Bəkir, Allahın bu yoxsul kəsləri doyurabiləcəyinə inanırsanmı?” Dedi.
Əbu Bəkir (ra):
“Bəli.” Dedi.
Əbu Cəhil:
“-O Halda niyə Allah onları yedirib doydurmur?” Deyə soruşdu.
Hz. Əbu Bəkir (ra):
“Allah-Təala bir qisim insanları yoxsulluqla, bir qismini də zənginliklə imtahan edər. Kasıblara səbr etməyi, zənginlərə də yedirməyi əmr edir. “Dedi.
Əbu Cəhil:
“-And olsun ki, ey Əbu Bəkir, sən olsa olsa böyük bir azğınlıq içindəsən. Sən sanırsan ki Allahın bunları doyurmağa gücü çatdığı halda bunlara heç bir şey vermir, bunun üçün də onlara sən yemək yedirirsən?” deyə bağırdı.
Bunun üzərinə bu ayəti kərimə nazil oldu:
“Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu etiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.”. (Yasin, 47) (Kurtubi, XV, 26)
Əbu Bəkir (ra), imtahan dünyasının məntiqini çox yaxşı qavramışdı. Allahın razılığı istiqamətində saleh əməllər işləyir və beləcə bir çox ilahi lütuflara məzhər olurdu. Belə ki, onun fəziləti haqqında buna bənzər bir çox ayəti kərimənin nazil olduğu rəvayət edilir.

Mənbə:islamveihsan.com

Read Previous

Qurani kərimə qarşı məsuliyyətimiz.

Read Next

Cənnətə ilk girəcək kimsə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.