• 20 Aprel 2024

Qurana görə insanın dəyəri

“Biz Adəm övladını şərəfli və hörmətli elədik, onları quruda və suda müxtəlif nəqliyyat vasitələri ilə daşıdıq, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan əməlli üstün etdik”. (İsra surəsi 70)

 Şübhəsiz insan oğlu, Allahın yaratdıqları arasında özünə məxsus xüsusiyyətləri olan və bənzəri olmayan, kiçik və böyük aləmlərin idarə olunması ixtiyarına verilən mümtaz bir varlıqdır. Mənəvi, səma və yerdəki nemətlərlə təmin etmişdir. Belə ki, xəbərdar edən peyğəmbərlər, hikmət ehtiva edən kitablar, günəşi və ayı, dənizləri, mədənləri, bitkiləri vermişdir. Hər şeyin insan üçün yaradıldığı xüsusu Quranda da sıxca vurğulanmaqdadır. “Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir nurani (ilahi) kitabı olmadan allah barəsində mübahisə edər”. (Loğman 20)  İlahi kitabların və Quranın ən mühüm müxatəbi insandır.

 İslamın insana baxışı, bəzi dinlərin, düşüncə və fikri cərəyanlardan çox fərqlidir. Ümumiyyətlə səmavi dinlərin məqsədi insan oğlunun hürriyəti, səadəti, inkişafı, ucalmasıdır. Zamanla, İslamdan əvvəlki dinlər dəyişdikləri üçün insan verilən dəyər də dəyişmişdir. Məsələn xristianlıqda insan dünyaya gəldiyi andan günahkardır, insanlığın atası Adəmin günahı vərasətən ona keçmişdir,  hz İsa fədakarlıq edərək onu günahlardan təmizləmişdir. Dinimizə görə insan dünyaya günahkar olaraq deyil, təmiz olaraq gələr. “…Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz…” (Ənam 164) ayəsi buna əsas verir. əlbəttə ki, insanın Yaradanına qarşı məsuliyyətləri vardır. Ancaq bu “yük” insanın günahı deyildir. Ayrıca İslamın ortaya qoyduğu düşüncədə, insan ilə Rəbbi arasında vasitə yoxdur. O insana şah damarından daha yaxındır.

 İslam insanın malını, canını himayə altına almışdır. Hətta ölümündən sonra da ona hörmət etməyin ölçülərini bildirmişdir. Yaradılmışların ən şərəflisi olaraq vəsf edər. Allahın insana ağıl və mənəvi keyfiyyətlər verməsi, onun yaxşı və pisi, doğru və səhvi bir birindən ayırması, nəticədə ülviləşməsini, ucalmasını əldə etməsi üçündür. Allahu Təalanın insanı mədh eləməsi də, ağıl və mənəviyyata sahib olmağı səbəbi ilədir. 

Read Previous

TÜRKİYƏDƏ MƏSCİDLƏRDƏ AZANDAN SONRA DUA OXUNDU

Read Next

SƏN DİNDAR OLANI SEÇ!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.