• 13 Noyabr 2019

Quranı evdə oxumadan saxlamaq günahdırmı?

 

Evimizdə Quran kitabı var. 15-20 il olar ki, indiyə qədər oxunmayıb. Bu günahdırmı?


Allahın səlamı olsun onun dinini öyrənib həqiqi şəkildə onunla əməl edən qulları üzərinə. Aləmlərin rəbbi göndərdiyi kitabların insanlar arasında oxunmadan qalmasını, qüdsiləşdirilərək əllərin dəymədiyi, gözlərin görmədiyi yerdə saxlanmasını istəməmişdir. Göndərilən dini kitablar ən çox sevdiyimiz insanların göndərdiyi ən vacib məktublar kimidir. Təbii ki, məktubu oxumadan, açmadan: Yox bu məktub mənim üçün olduqca dəyərlidir, aça bilmərəm, qoy elə bağlı qalsın- deməyimiz mümkün deyil. Eləcə də dini kitabımıza qarşı münasibətimiz bu şəkildə olmalı deyil. Yəni Qurani Kərimi nə olduqca müqəddəsləşdirib onu oxumadan, əməl etmədən tərif etmək ya da ki, tamamilə əksinə bu kitab bizdən əvvəlkilərə gəlmişdir düşüncəsi ilə, artıq həmin hökmlər o dövrdə qaldı! deyib Allahın əmrlərini heçə saymaq.  Müsəlman olaraq tutacağımız mövqe isə dini kitabımıza lazımi dəyər verib ona dəstəmazla, pak halda yaxınlaşmaq, əgər onu oxumaq istəyən varsa, rahatlıqla oxuya bilməsini təmin etməkdir. Allah Təalanın göndərdiyi kitablarda əsl məramı onların oxunub əməl edilməsidir və bu istənilən dildə olan doğru tərcümə ilə də həyata keçirilə bilər. Əgər evinizdə ancaq ərəbcə olan Qurani Kərim varsa, onu ərəbcə oxunma imkanınız yoxdursa, Azərbaycan dilində olan nüsxə ilə dəyişə bilərsiniz! Amma yox mən dini kitabımızı əsli dilində oxumaq istəyirəm, deyib ərəb dilini öyrənmək imkanınız varsa, onu da bilin ki, Qurani Kərimin bir ayəsini, hər hansı bir hərfini oxumaqda belə səvab var. Təşviq mənasında olan bu kimi bir çox hədislər yenə də əslində əmələ əsaslanan oxumağı tələb edir. Evdə olub oxunmayan Qurani Kərimə gəlincə təbii ki, üzərimizdə haqqı var hətta Allah rəsulu (s) buyurur ki:
“3 şey qiyamət günü sahibindən şikayətlənər. Müəyyən bir yerdə olan lakin oxunmayan Qurani Kərim, alim olub elmini insanlara öyrətməyən və ətrafında insanların olduğu içini toz basıb namaz qılınmayan məscid”. İnşallah ki, bu müddətdə oxunmayan dini kitabınızı oxunulan hala gətirə bilərsiniz və artıq sizdən də şikayətçi olmaz qiyamət günü! Allah bizi kitabında tərif etdiyi və peyğəmbərləri ilə bizə göndərdiyi ilahi mesajlarına sabit qullarından etsin!

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 613 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Evlilikdən qabaq şəhvət hissini azaltmaq üçün masturbasiya (istimna) ilə məşğul olmaq olarmı?

Read Next

AXİRƏT HAQDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.