• 21 Sentyabr 2020

QURANİ KƏRİMİ OXUYAN VƏ ONU ƏZBƏRLƏYƏNLƏRƏ NƏSİHƏTLƏR

Qurani Kərimi oxuyan, onu əzbərləyən və həyatlarına tətbiq edən möminlər Qurani Kərimin əxlaqı ilə əxlaqlanmalıdırlar.

Abdullah bin Məsud (ra), Qurani hafizlərinin ilahi kəlamdan təsirlənmələri lazım gəldiyini belə ifadə edir:

“Qurani Kərimi əzbərləmiş olan mömin, bu xüsusuiyyətləri ilə tanınmalıdır:

  • İnsanlar yatarkən gecə qalxıb ibadət etməsi ilə,
  • Camaat yemək yeyərkən oruç tutması ilə,
  • Başqaları sevinib şənlənərkən öz aqibəti üçün kədərlənməsi ilə,
  • İnsanlar gülərkən Allaha qulluq etməkdə acizlik etdiyi üçün ağlaması ilə,
  • Camaat birbiri ilə danışarkən sükut etməsi ilə,
  • İnsanlar kibirləndiyi zaman  təvazökarlığı ilə.

Qurani Kərimi əzbərləmiş birisinin, ağlaması, qəmgin olması, şəxsiyyətli və bilgili olması, təfəkkür və sükut halında olması lazımdır. Quran əhli, daş ürəkli olmaqdan, qəflətdən, çığırıb bağırmaqdan və tez hirslənməkdən çəkinməlidir.” (Əbu Nuaym, Hilyə, I, 130)

“Biz (Rasulullah (səv)-in verdiyi tərbiyə sayəsində) boğazımızdan keçən loğmaların təsbihlərini eşidirdik!”

Qurani Kərim, Allahın ən Uca kəlamıdır. İzzət və şərəf ondadır. Onun nazil olduğu ay da, ayların ən şərəflisidir. Qədir Gecəsi, öz üstünlüyünü Qurani Kərimdan almaqdadır.

Peyğəmbər Əfəndimiz (səv) hər il Ramazan ayında, Cəbrail (əs)-a o ilə qədər nazil olan Qurani Kərimi xətm edərdi. Mübarək ömrünün son Ramazanında isə Qurani Kərimi iki dəfə xətm etmişdir. Ramazan ayında məscid və evlərimizdə oxunan müqabələlər, həmin xətmlərdən bizə bir yadigardır.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 16 dəfə.

calal calalov

Read Previous

ORUC BARƏDƏ QURAN AYƏLƏRİ

Read Next

Allahın razı qaldığı nəsil