• 20 Aprel 2024

Qurani Kərim oxumağın fəziləti haqqında hədislər

Əbu Umamə (ra), Mən Rasulullah (səv)-i: “Quran oxuyun. Çünki Quran, qiyamət günündə onu oxuyanlara şəfaət edəcəkdir.” Buyurarkən eşitdim, demiştir. (Müslim Müsafirin 252)

İbni Məsud (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Kim Qurani Kərimdən bir hərf oxuyarsa, onun üçün bir yaxşılıq savabı vardır. Hər bir yaxşılığın qarşılığı da on savabdır. Mən, əlif lam mim bir hərfdir demirəm: Əksinə əlif bir hərfdir, lam bir hərfdir, mim də bir hərfdir.” (Tirmizi Fəzailül-Quran 16)

Nəvvas İbni Seman (ra)  belə dedi: Mən Rasulullah (səv)-i: “Qiyamət günündə Quran və dünyadaki yaşayışlarını ona görə tənzimləyən Quran əhli kimsələr məhşər yerinə gətirilirlər. Bu vaxt Quranın önündə Bəqərə ve Əli İmran surələri vardır. Hər ikisi də onları oxuyanları müdafiyə etmək üçün birbiri ilə yarışırlar” buyururkən eşitdim. (Müslim Müsafirin 253)

Osman İbni Affan (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Sizin ən xeyirliniz, Quranı öyrənən və onu başqalarına öyrədənlərinizdir.” (Buxari, Fəzailül-Quran 21)

Aişə (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Quranı qaydalarına uyğun olaraq gözəl oxuyan kimsə, vəhy gətirən şərəfli ve itaətkar mələklərlə bərabərdir. Quranı kəkələyərək çətinliklə oxuyan kimsəyə də iki qat savab vardır. (Buxari, Tövhid 52)

Ebu Musa əl-Eşari (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Quran oxuyan mömin portağal kimidir: qoxusu xoş, dadı gözəldir. Quran oxumayan mömin xurma kimidir: qoxusu yoxdur, dadı ise gözəldir. Quran oxuyan münafıq reyhan kimidir: Qoxusu xoş ancaq dadı acıdır. Quran oxumayan münafiq Əbu Cəhil qarpızı kimidir: Qoxusu yoxdur və dadı da acıdır.” (Buxari, Etime 30 Fəzailül-Quran 17, Tövhid 36)

Ömər İbni Xəttab (ra)-dan rəvayət edildiyinə görə, Nəbi (səv) belə buyurdu: “Allah bu Quranla bəzi qövümləri yüksəldər, bəzilərini də alçaldar.” (Müslim, Müsafirin 269)

İbni Ömər (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Sadece bu iki kimsəyə qiptə edilər: Biri Allahın Quranla şərəfləndirdiyi və onunla gecə gündüz məşğul olan kimsə, digəri isə, Allahın mal verdiyi ve bu malı gece gündüz Onun yolunda xərcləyən kimsə.” (Buxari, Elm 15, Zəkat 5, Əhkam 3, Təmənni 5, İtisam 13, Tövhid 45)

Bəra İbni Azib (ra) belə dedi: Bir nəfər Kəhf surəsini oxuyurdu.Yanında iki uzun kəndirlə bağlanmış bir at var idi. O adamın başının üstünü bir bulut örtdü ve yaxınlaşmağa başladı. Atı da o bulutdan ürkməyə başlamışdı. Səhər olunca, həmin adam Nəbi (səv)-in yanına gəldi ve olanları Ona anlatdı. Peyğəmbərimiz (səv): “O səkinədir, Quran oxuduğun üçün enmişdir” buyurdu. (Buxari, Fəzailül-Quran 11)

İbni Abbas (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Qalbində Qurandan bir mikdar olmayan kimsə xarab ev kimidir.” (Tirmiz, Fazailül-Quran 18)

Abdullah İbni Amr İbni As (ra)-dan rəvayət edildiyinə görə, Nəbi (səv) belə buyurdu: “Hər zaman Quran oxuyan kimsəyə belə deyiləcəkdir: Oxu ve yüksəl, dünyada tərtil ilə (qaydalarına əməl edərək) oxuduğun kimi burada da tərtil ile oxu. Şübhəsiz sənin mərtəbən, oxuduğun ayətin son nöqtəsindədir.” (Ebu Davud, Vitr 20)

Əbu Hürəyrə (ra), Rasulullah (səv)-i: “Allah,  gözəl səsli bir peyğəmbərin, Quranı avazla yüksək səslə oxumasından razı olduğu qədər heç bir şeydən razı olmamışdır” buyurarkən eşittim, demişdir. (Buxari, Fəzailül-Quran 19, Tövhid 32)

Bəra İbni Azib (ra) belə dedi: Nəbi (səv)-i yatsı namazında “Vəttini vəzzeytuni” surəsini oxuryarkən dinlədim. Ondan daha gözəl səsli bir kimsə eşitmədim. (Buxari, Əzan 102)

Əbu Lübabə Bəşir İbni Abdülmünzir (ra)-dan rəvayət edildiyinə görə, Nəbi (səv) belə buyurdu: “Quranı təğanni ilə oxumayan kimsə bizdən deyildir.” (Ebu Davud, Vitr 20)

Abdullah İbni Mesud (ra)  deyir ki: Nəbi (səv): “Mənə Quran oxu” buyurdu. Mən də: Ya Rasulallah! Quran sənə endirilmişkən mən sənə necə Quran oxuyaram? dedim. O (səv): “Mən Quranı başqasından dinləməyi həqiqətən çok sevirəm” buyurdu. Mən Ona Nisa surəsini oxudum. “Hər ümmətdən həqiqi bir şahit, səni de onlara haqqı ilə şahit gətirdiyimiz zaman halları necə olacaq” anlamındaki 41-ci ayətə çatanda: “İndilik yetər” buyurdu. Ona dönüb baxanda gördüm ki, iki gözündən yaşlar boşalmaqdadır. (Buxari, Tefsiru sure (4), 9, Fezailül-Quran 33, 35)

Peyğəmbərimiz (səv), Təbük Səfərinə çıxarkən Nəccaroğullarının bayrağını Umarə bin Hazm (ra)-a vermişti. Daha sonra Zeyd bin Sabit (ra)-ı görüncə, bayrağı Umarədən alıb ona verdi. Umarə: “Ya Rasulallah! Mənə hirsləndinmi?” diyə soruşunca Peyğəmbər (səv): “Xeyr! Vallahi hirslənmədim! Ancaq, siz də Qurana üstünlük verin! Zeyd, Quranı səndən daha çox əzbərləmişdir! Burnu kəsik zənci kölə belə olsa, Quranı daha çox əzbərləmiş olan kimsə başqalarından üstün tutulur!” buyurdu. Evs ve Hazrəc qəbilələrinə də, bayraqlarını Quranı daha çox əzbərləmiş olan kimsələrin daşımalarını əmr etdi. Bundan sonra Avfoğullarının bayrağını Əbu Zeyd, Bəni Səlimənin bayrağını da Muaz (ra) daşıdı. (Vakıdi, III, 1003)

İbni Abbas (ra)-dan rəvayət edildiyinə görə, bir dəfə Cəbrail əleyhissalam Nəbi (səv)-in yanında oturarkən, Peyğəmbərimiz (səv) yuxarıdan qapı qıcırtısına oxşar bir səs eşitdi ve başını qaldırdı. Cəbrail: Bu, indiyə qədər hiç vaxt açılmayan sadəcə bugün açılan bir göy qapısıdır, dedi. Sonra o qapıdan bir mələk endi. Cebrail əleyhissalam: Bu, yer üzünə enən bir mələkdir. Bugünə qədər heç enməmişdi, dedi. Mələk salam verdi və Peyğəmbərimizə belə dedi: Müjdələr olsun! Sənə, səndən öncə heçbir Peyğəmbərə verilməyən iki nur verildi. Biri Fatiha surəsi, digəri Bəqərə surəsinin son ayətləridir. Bunlardan oxuyacağın hər hərfə qarşılıq sənə savab və əcir verilər. (Müslim, Müsafirin 254)

Əbu Hürəyrə (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) belə buyurdu: “Bir qrup insanlar Allahın evlərindən bir evdə toplanar, Allahın kitabını oxuyar və aralarında müzakirə edərlərsə, üzərlərinə səkinət enər, onları rəhmət bürüyər ve mələklər ətraflarını çevrəyə alarlar. Allahu Təala da o kəsləri Öz dərgahında olanların yanında zikredər.” (Müslim, Zikr 38)

Rasulullah (səv) belə buyurmuşdur: “Sizə, möhkəm sarıldığınız müddətcə məndən sonra yolunuzu azmayacağınız iki mühim əmanət qoyub gedirəm. Biri diğərindən daha böyükdür. O da Allahın Kitabıdır! Quran, səmadan yer üzünə uzadılmış sağlam bir ip kimidir. Digər əmanət də ailəm, Əhli beytimdir. Quran və Əhli beytim cənnətdə hovuzun başında mənimlə görüşüncəyə qədər birbirlərindən ayrılmazlar. Məndən sonra o ikisinə qarşı necə davranacağınıza diqqət edin!” (Tirmizi, Menakıb, 31/3788)

Rasulullah (səv) belə buyurmuşdur: “Kim Quran oxuyar ve onunla əməl edərsə, qiyamət günü valideyinlərinə bir tac geydirilər. Bu tacın işığı, günəş dünyadaki bir eve qoyulduğunda onun verəcəyi işıqdan daha parlaqdır. Elə isə, Quran ilə əməl edənin işığı necə olar, düşünə bilirsinizmi?” (Ebu Davud, Vitr, 14/1453)

Rasulullah (səv) Əfəndimiz belə buyurmuşdur: “Hər zi­ya­fət verən, zi­ya­fə­ti­nə (in­san­la­rın) gəl­məyi­ni is­təyər və bun­dan məm­nun olar. Quran da Al­lahın zi­ya­fə­ti­dir. On­dan uzaq olma­yı­n.” (Da­ri­mi, Fe­za­ilül-Quran, 1)

Rasulullah (səv): “Şübhəsiz insanlardan Allaha yaxın olanlar vardır!” buyurmuşdu. Səhabələr: “Ey Allahın Rasulu! Onlar kimlərdir?” diye soruşunca Allah Rasulü (səv) belə buyurdu: “Onlar, Quran əhli, Allah əhli və Allahın xalis qullarıdır!” (İbni Mace, Muqəddimə, 16)

Uhud muharibəsinin sonunda səhabələr: “Ya Rasulallah! Şəhidlərimiz çoxdur. Bizə nə etməyimizi əmr edirsiniz?” diye soruşdular. Rasulullah (səv): “Dərin və geniş qəbirlər qazın, hər qəbrə iki-üç şəhid qoyun!” buyurdu. Səhabələr: “Öncə hansılarını qoyaq?” deyə soruşunca Həzrəti Peyğəmbər (səv): “−Ən çox Quran biləni öncə qoyun!” buyurdu. (Nesai, Cenaiz, 86, 87, 90, 91)

Rasulullah (səv): “Kim Quranı oxuyar, onu gözəlcə əzbərləyər, halalini halal, haramını haram qəbul edər və bunlara riayət edərsə, Allahu təala bu sayədə o kimsəni cənnətinə qoyar. Ailəsindən cəhənnəmə düşmüş olan on nəfərə şəfaat etmə haqqı verilər.” (Tirmizi, Fedailül-Quran, 13/2905; Əhməd, I, 148)

Rasulullah (səv), birgün Quran aşiqlərindən Übey bin Kab (ra)-a xitabən: “Allahu Təala, «ləm yəkünilləzinə kəfəru» surəsini sənə oxumağımı əmir buyurdu.” dedi. Übey bin Kab (ra): “Allahu Təala mənim adımı zikretti mi?” dedi. Rasulullah (səv): “Bəli!” buyurdu. Übey bin Kab (ra), Allahın bu ikramı qarşısında çox duyğulandı ve için-için ağladı. (Buxari, Menakıbul-Ənsar, 16, Təfsir, 98/1, 3, Müslim, Müsafirin, 246)

Peyğəmbər Əfəndimiz (səv) buyurur: “Quran oxu­yu­n. Çün­ki Al­lah, için­də Quran olan bir qəl­bə əzab et­məz.” (Da­ri­mi, Fe­za­ilül-Quran, 1)

Peyğəmbər Əfəndimiz (səv) buyurur: “Ümmətimin ən şərəfliləri, Qurani Kərimi əzbərləyən hafizlər və gecələrini əhya edənlərdir.” (Suyuti, I, 36/1063)

Peyğəmbər Əfəndimiz (səv)  belə buyurmuşdur: “Quran bir zənginlikdir ki, Ondan sonra kasıblıq olmaz (yəni Ona sahib olan ən möhtəşəm bir xəzinəyə sahib olmuşdur) və ondan başqa zənginlik də yoxdur (yani o ilahi xəzinə heç bir maddi zənginliklə müqayisə edilə bilməz).” (Heysemi, VII, 158)

Rasulullah (səv) buyurmuşdur: “Şəfanın ən xeyirlisi Qurandır.” (İbn-i Mace, Tıb, 28)

Rasulullah (səv) belə buyurmuşdur: “Allah, gecə iki rəkat namaz qılan (və Quran oxuyan) bir qulu dinlədiği qədər hiçbir şeyi dinləməz. Allahın rəhməti, namazda olduğu müddətcə qulun başınin üstünə səpilər. Qullar, Quranla həmhal olduqları andaki qədər heç bir zaman Allaha yaxınlaşmış olmazlar.” (Tirmizi,  Fedailul-Quran, 17/2911)

Əbu Zərr (ra): “Ya Rasulallah! Mənə nəsihət elə!” deyəndə Aləmlərin Əfəndisi (səv): “Quran oxu və Allahı zikret, çünki Quran yer üzündə sənin için bir nur, göy üzündə də bir azuqədir.” buyurmuşdur. (İbn-i Hibban, II, 78)

Rasulullah (səv) belə buyurdu: “Övladlarınızı üç xüsusda yetişdirin: 1. Peyğəmbər sevgisi, 2. Əhli Beyt sevgisi, 3. Quran qiraəti. Çünki Quran hafizləri heç bir kölgənin olmadığı qiyamət günündə Peyğəmbərlər ve Allah dostları ilə birlikdə Ərşin kölgəsindədirlər.” (Münavi, I, 226)

Rasulullah (səv): “Kim Quranı kiçik yaşlarında öğrənərsə Quran onun ətinə və qanına işləyər (Yani Quranın nuru ilə nurlanar.)”  (Ali el-Müttaki, I, 532)

Mənbə:islamveihsan.com

Read Previous

ƏN UZUN VƏ ƏN AZ VAXT ORUC TUTAN ÖLKƏLƏR

Read Next

Ayətül kürsi oxumağın faydası