• 19 Mart 2024

Qurani kərimdəki şəfa ayətləri

sifa_ayetleri

1.Allah möminlərin ürəklərini fərəhləndirsin. (Tövbə-14)

2.Ürəklərdəki dərdlərə şəfadır. (Yunus-57)

3.(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. (Nəhl-69)

4.Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. (İsra-82)

5.Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. (Şuəra-80)

6.De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. (Fussilət-44)

ŞƏFA DUASI

sifa_duasi

Rəhman Rəhim olan Allahın adıyla.

Allahın adıyla sənə oxuyuram. Allah sənə şəfa versin. Ey insanların Rəbbi, bunun xəstəliyini aradan qaldırıb şəfa ver. Şəfa verən ancaq Sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Buna heç bir xəstəlik izi buraxmayacaq şəkildə şəfa lütf eylə! Amin. Mərhəmətinlə ehsan eylə ey mərhəmətlilərin ən mərhəmətlisi! Əza verən hər şeydən, bütün zərərli gözlərdən həsəd aparan hər şeydən Allah Təala sənə şəfa versin.

Mənbə:

Mahmud Sami Ramazanoğlu, Dualar və zikrlər

Read Previous

Dinləri təhqir etmək cinayət sayılsın!

Read Next

Şəkili Allah dostlarından Mehmet Zahid Kotku (k.s)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.