• 14 Noyabr 2019

Qurani kərimə qarşı məsuliyyətimiz.

kuran-i-kerim-ve-cocukQurani Kərim, qaynağı Uca Rəbbimiz olan dörd səmavi kitabın sonuncusudur. Ağlı başında olan insanlığa Rəbbimizin son çağırısı və son mesajıdır.
Allahu Təala, göndərdiyi kitablardan yalnız Qurani Kərimi qiyamətə qədər qoruyacağını vəd etmişdir. Bu səbəblə bir hərfi belə dəyişmədən əslini qoruyan tək ilahi kitab, Quran-Kərimdir. Buna görə də bizim əsl məsələmiz, Uca Allahın bu vədinə nə qədər vəsilə olabildiyimizdir. Halımızı bu mövzuda nəzərdən keçirməliyik:
Qurani Kərim ilə nə qədər ünsiyyətimiz var? Onu nə qədər duyğu dərinliyi içində oxuyabilirik? Peyğəmbər əfəndimizin və əshabın Qurani Kərim qarşısında duyduğu həyəcanı nə qədər duyabilirik?
Qurani Kərimi həyatımızın hər mərhələsinə qoya bilirikmi? Ailə həyatında, qonşuluq və qul haqqlarında, ticari həyatda, onu nə qədər özümüzə nümunə alırıq? Özümüzü zamanın və cəmiyyətin axışından nə qədər məsul görürük? Övladlarımıza əsas təhsil olan Rəbbimizi tanıma təhsilini verə bilirikmi? Quranı könüllərə daşıma, onunla istiqaməti düzəltmə barəsində nə qədər səy göstəririk?
Unutmayaq ki iki cahan səadəti, ilahi bir əmanət olan övladlarımızı Quran mədəniyyətindən nəsibləndirməklə mümkündür. Ən mərhəmətli ana-ata, övladını Quran tərbiyəsi ilə əsl istiqbal olan axirətə hazırlayan ana-atadır. Bu insanın, övladına verə biləcəyi ən böyük hədiyyə, gözəl bir tərbiyədir.
Quranın sonsuz məna kövsərindən özü dadmadığı üçün övladına da daddırmayan valideynlər, böyük bir vəbal altındadırlar. Çünki mənəvi təhsil barəsində cahil buraxılan, quran və sünnənin ruhaniyyəti ilə tərbiyə edilməyən övladlar, qiyamət günü ana-atalarından davaçı olacaqlar.
İbni Ömər (radiyallahu anh) deyir ki:
“Övladını yaxşı tərbiyə et. Çünki bundan məsulsan. “Tərbiyəsiylə əlaqədar olaraq nə etdin, nələr öyrətdin?” Deyə hesaba çəkiləcəksən. ”
Hədisi şərifdə də belə buyrulur:
“Uşaqlarınızı üç xüsusda yetişdirin: Peyğəmbər sevgisi, Əhli-Beyt sevgisi və Quran qiraəti. Çünki hamələyi Quran, yəni (Quranı öyrənən, öyrədən və bu yolda xidmət edənlər), heç bir kölgənin olmadığı qiyamət günündə peyğəmbərlər və Haqq dostları ilə birgə ərşin gölgəsindədirlər.” (Münavi, Feyzü’l-Qadir, I, 226)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 115 dəfə.

calal calalov

Read Previous

Bir haqq dostundan nəsihətlər

Read Next

Qulun dünyalıqla imtahanı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.