• 29 Mart 2024

Qurban bayramı ilə əlaqədar qadağalar

images“Ət kəsimi üçün xüsusi yerlər ayrılacaq”.

Qurban bayramı ərəfəsində İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən ət kəsimi üçün xüsusi yerlər ayrılacaq, burada Dövlət Veterinar Xidmətinin mütəxəssisləri monitorinqlər keçirəcək.

Sunna.az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Veterinar Xidmətinin (DVX) mətbuat xidmətinin rəhbəriYolçu Xanvəli bildirib.

Bu zaman o qeyd edib ki, hal-hazırda DVX ölkə üzrə heyvan kəsiminə nəzarətə dair tədbirlər keçirir.

Y.Xanvəlinin sözlərinə görə, ət kəsimi üzrə məntəqələrdə artıq gecə monitorinqləri keçirilir. Şəhər veterinar xidməti rayonlarda paytaxta gətirilən ətə nəzarət edir.

“Yeri gəlmişkən deyim ki, bu günlərdə mənşəyi bəlli olmayan ət aşkarlanıb. Respublika veterinar laboratoriyasında bu ətin bioloji çirklənməsi aşkar edilib. Belə ki, onun 600 kq-dan 200 kq-ı Bakı zooparkına göndərilib. Bu istiqamətdə iş davam edir”, – DVX nümayəndəsi bildirib.

Y.Xanvəlinin sözlərinə görə, Qurban bayramı ərəfəsində paytaxta gətirilən ətin hamısı diqqətlə yoxlanılacaq. Heyvan mənşəli məhsulların və heyvanların satışı zamanı veterinar sənədləri labüddür.

DVX-nin nümayəndəsi bəyan edib ki, bu sənədlər olmadığı halda tətbiq ediləcək cəza cərimədən, ət satışı məntəqəsinin bağlanmasına qədər ola bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci “İnzibati xətalar” maddəsinə əsasən, veterinar qanunvericilik tələblərinin pozulmasına görə fiziki şəxslərdən 20 manatdan 25 manata qədər, vəzifəli şəxslərdən 40 manatdan 60 manata qədər, hüquqi şəxslərdən 100 manatdan 150 manata qədər cərimə alınır.

“Eyni zamanda bayramla əlaqədar paytaxtda nodulyar dermatit yoluxma riski olan rayonlardan kiçik və iribuynuzlu heyvanın gətirilməsi qadağan ediləcək. Yəni bu rayonlardan ət almaq qadağandır. Bu işlə birbaşa olaraq DVX məşğul olacaq. Heyvanların yoxlanılmasından sonra satışına və ya kəsilməsinə icazə veriləcək”, – Y.Xanvəli bildirib.

mənbə:

sunna.az

Read Previous

Sentyabr 2014

Read Next

Universitetdə Hicab qadağası. “biz icazə vermirik”-AUDİO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.