• 19 Mart 2024

Qurban haqqında sual cavablar

qurban12Sual: Borclu olan bir müsəlman qurban kəsməlidir?

Cavab: Qurban ibadəti zəruri ehtiyaclar və borclardan savayı nisab miqdarı qədər mal-dövlətə sahib olan bir müsəlmana vacibdir. Hz. Peyğəmbər (s.ə.s) imkanı olduğu halda qurban kəsməyənlər haqqında sərt ifadələr işlətmişdir. O, bir tərəfdən qurban ibadətinin imkana bağlı olduğunu, digər tərəfdən də imkanı olanın qurban kəsməsinin vacibliyini vurğulamışdır. Odur ki, qurban ibadətinin vacib olması üçün müəyyən qədər imkana sahib olmaq lazımdır. Bunun ölçüsü də istər name (artan mal) olsun, istərsə də artan mal olmasın, üstündən bir il keçsin və ya keçməsin zəruri ehtiyaclar və borclardan savayı nisab miktarı qədər mal-dövlətə sahib olmaqdır. Yəni, əsas (zəruri) ehtiyaclardan və borcdan başqa 80 qram qızıla və ya bunun dəyərində pul və yaxud əşyaya sahib olan hər bir müsəlman dini baxımdan varlı sayılır və qurban ibadətindən məsul olur. Əgər mal-dövlətə sahib olmaqla yanaşı borcu da olsa, borcu və zəruri ehtiyaclarıçıxdıqdan sonra nisab miqdarı qədər mal-dövləti qalarsa, həmin şəxs qurban kəsməlidir. Ancaq zəruri ehtiyaclar və borclar üçün kənara qoyduğu puldan başqa nisab miqdarı qədər mala sahib olmayanın qurban kəsməsi vacib deyil.

Sual: Bir üzr səbəbilə vaxtında kəsilməyən qurbanların hökmü necədir?

Cavab: Qurban kəsmək üçün müəyyən edilən müddət ərzində (qurban bayramı günlərində) kəsilməyən qurbanları, əgər sahibi fağırdırsa və qurbanlıq niyyəti ilə satın almışsa, bu heyvanı yoxsullara pay verməlidir; yox, əgər varlıdırsa, istər qurbanılığı satın almış olsun, istərsə də olmasın bir qurbanlıq heyvanın dəyərini yoxsullara sədəqə olaraq verməlidir.

Sual: Süni mayalanma yolu ilə artırılan heyvanların qurban edilməsində bir qəbahət varmı?

Cavab: Heyvan nəslininsəmərəliliyini artırmaq məqsədilə bir heyvana öz cinsindən olan başqa bir heyvandan süni mayalanma edilməsində dini baxımdan hər hansı qəbahət olmamaqla yanaşı, bu yolla çoxaldılan heyvanların qurban edilməsində də hər hansı qəbahət yoxdur.

Sual: Satın alınanda sağlam olub sonradan qüsurlu olan bir heyvan qurban edilə bilərmi?

Cavab: Sağlam olaraq satın alınan qurbanlıq heyvanda kəsilmədən əvvəl qurban edilməyə mane olan bir qüsur meydana gələrsə, əgər satın alan şəxs varlıdırsa, təzəsini alıb kəsməlidir; əgər yoxsuldursa, bir daha almasına ehtiyac yoxdur, aldığı heyvanı qurban etməsi kifayətdir. Ancaq kəsilən zaman meydana gələn qüsurlar qurbanlığa əngəl təşkil etmir.

Sual: Qısırlaşdırılmış heyvanlar qurban edilə bilərmi?

Cavab: Müxtəlif məqsədlərlə qısırlaşdırılmış və ya axtalanmışheyvanlar qurban edilə bilər. Bu hal qurban baxımından bir nöqsanlıq sayılmır.

Sual: Qurbanlıq heyvanlar hansı xüsusiyyətləri daşımalıdır?

Cavab: Qurbanlıq heyvanın sağlam, bütün üzvləri yerində və kök olması həm ibadət, həm də sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən çox xəstə olan, həddindən artıq zəif və arıq olan, bir və ya iki gözü kor olan, buynuzlarının biri və ya ikisi kökündən qırıq olan, dili, quyruğu, qulaqları və məmələrinin yarısı kəsilmiş olan, dişlərinin heç biri olmayan və ya əksəriyyəti tökülmüş olan heyvanlardan qurban olmaz. Ancaq heyvanın anadangəlmə buynuzsuz, çəp, topal, bir az xəstə, bir qulağı deşik və ya yırtılmış olması, məmələrinin bir qisminin olmaması qurban edilməsinə əngəl təşkil etmir.

Onu da qeyd edək ki, Şafei məzhəbinə görə, heyvanın ətinə, yağına və içalatına xələl gətirən qüsurlar qurbanın etibarlılığına əngəl təşkil edir. Ümumiyyətlə, yuxarıda sadalanan qüsurlardan birinin olması bir heyvanın qurban edilməsinə əngəl törətməklə yanaşı, uyuz xəstəliyi olan heyvanlarla yem yeməsinə mane olacaq dərəcədə dişlərinin bir hissəsi tökülmüş heyvanların da qurban edilməsi caiz deyil.

Sual: Boğaz olan heyvan qurban edilə bilərmi? Qurbanlıq heyvan qurban edilmədən əvvəl balası olarsa, nə edilməlidir?

Cavab: Qarnında balası olan heyvanların nə qurban, nə də ət kimi kəsilməsi düzgün deyil. Ancaq kəsilmişsə, qurban ibadəti yerinə yetirilmiş olur. Əgər qurbanlıq heyvan qurban kəsilmədən balalayarsa, onun balasının ya özü, ya da onun dəyəri fağırlara sədəqə kimi verilməlidir.

Mənbə:irfandergisi.com

Read Previous

Qafilə başçısı başqasının yerinə həcc edə bilərmi?

Read Next

Qurban kəsməyin 5 faydası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.