• 28 Mart 2024

Quruyan insanlar

cicekHər könül kövrək və həssasdır. Qatılıq və sərtlik, sonradan qazanılan bir şeydir. Digər bir ifadəylə insanın Gördüyü kobud işlər nəticəsində bu həssaslıq itirilir.

Torpağın quraqlaşması olduğu halda, necə olur ki, torpaqdan yaradılan insanın bərəkətsiz, şoran bir səhraya çevrilməsi mümkün ola bilməsin? Əlbəttə olar. Torpaq da quruyar, insan da. Yamyaşıl yarpaqların zamanla saralıb solması, meyvə verəcək budaqların quruması və nəhayət odunlaşmasından bəhs ediləsə, insanın donuqlaşmasından, daşlaşmasından və çürüməsindən bəhs edilə bilməzmi? Əlbəttə bəhs edilər. Rəbbimiz, Quran-ı Kərimdə özü çürüyən, donuqlaşan, hissizləşən və nəhayət yalnız cəhənnəm odunu olacaq insanlardan bəhs edir:

“(Ey İsrailoğulları!) Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.”(Bəqərə Surəsi, 74).

“Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar (divara )söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər!”(Münafiqun surəsi, 4)

(Ey kafirlər və müşriklər!) Şübhəsiz ki, siz və Allahdan başqa ibadət etdikləriniz hamınız cəhənnəm odunusunuz. Siz ancaq oraya layiqsiniz. “(Ənbiya Surəsi, 98)

İnsan, yaradılışını dəyişdirmədiyi, fitrətini pozmadığı müddətcə, diri həssas bir ürəyə, həssas bir vicdana malikdir. Haqsızlığa üsyan edər, qəmli ürəklərə şəfqət göstərər, zalıma kin duyar, məzlumun əlindən tutmaq istəyər. Ancaq yetişdiyi ətraf mühit, işlədiyi günahlar və pisliklər nəticəsində zamanla vicdanı kütləşməyə, donuqlaşmağa və daşlaşmağa doğru istiqamət alar və nəhayət daxili çürümə başverər və quruyar. Mövlana deyir ki:

“Ağacın kökündə içdən gəlmə bir nəmlilik, canlılıq qalmamış isə sən ona min selin suyunu töksən yenə də faydasızdır.”

Rəhman olan Rəbbimiz, heç kimsəyə qupquru bir ürək verməz. Hətta rəhmət suyu ilə qovuşdurmadan ürəyini qurutmaz. Ancaq insan öz iradəsiylə, ilahi rəhmət suyuna qarşı yəni Peyğəmbərlərə və ilahi mesajlara qarşı özünü bağlayarsa, o zaman öz şəxsiyyətini rəhmət suyundan məhrum buraxmış olar və qupquru səhralara dönər. Quran-ı Kərimdəki bununla əlaqədar ayələr araşdırılacaq olursa görülür ki, başlanğıc etibarilə hər könül kövrək və həssasdır. Qatılıq, sonradan qazanılan bir şeydir. Digər bir ifadəylə insanın etdikləri nəticəsində bu həssaslıq yoxa çıxar.

Allah Rəsuluna bir adam gəlir və qəlbinin qatılaştığından dərdli dərdli şikayət edər. Peyğəmbər Əfəndimiz (səv) həmin adama belə bir şəfa resepti təqdim edər:

“Könlünün yumşalmasını istəyirsənsə kasıbı doyur və yetimin başını oxşa.” (Əhməd b. Hənbəl, Müsnəd, II, 263, 387.)

İnsanın daxilində quruma yaşamasının ən əhəmiyyətli səbəblərindən biri, Allah ilə arasında olan bağın canlı tutulamamasıdır. Beləliklə rəhmət və mərhəmətin qaynağı Rəhman olan Allahla əlaqəsini kəsən kimsənin könül diriliyinin şansı yoxdur. İbadətlər, zikrlər və Allah üçün edilən xidmətlərin şəxsiyyətimizi diriltməsindəki sirr, özümüzün bu rəhmət qaynağı ilə tanışmasındadır. Bu uca qaynaqla kim nə qədər görüşər isə diriliyi də o qədərdir. Biganəliyi, qəfləti, unutqanlığı və uzaqlığı nisbətində də quraqlıq artacaq və həssaslıq sıfırlanacaktır. Laqeydliyin uzanması, öz mənliyi donuqlaştıracakdır. Rəbbimiz möminləri bu hala düşməkdən çəkindirir və buyurur:

“Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?”(Hədid Surəsi, 16).

Bu ayənin eniş səbəbi olaraq təfsirlərdə bir neçə rəvayət nəql edilər. İbn Abbas (radıyallahu anh): Allah möminlərin qəlblərində bir tənbəllik və uyuşuqluq görərək, Quranın nazil olmasının onüçüncü ilində belə bir xəbərdarlıq etdi deyər. Başqa bir rəvayətə görə isə möminlər Mədinədə, Məkkəyə nisbətlə daha rahat və nemət içində olduqlarından, köhnə hallarına görə dini həssasiyətlərində geriləmə görülməsi üzərinə bu ayə nazil olmuşdur.

Bu ayə, açıq bir şəkildə imandan sonra boşluğun, laqeyidsizsiyin və dini mövzularda həssaslığın itməsinin ürək qəsvətinə səbəb olacağını bəyan edir. Deyilə bilər ki dini həssaslığın və iman coşqusunun itməsində bəlkə də ən əhəmiyyətli iki faktor, qəflət və ülfətdir. İman nuru, qəflət və ülfətlə zəyifləyincə, qəlb gözü Mevladan və axirətdən dünyaya çevriləcək və insan dünya sevdasıyla uzun əməllər arxasınca qaçarkən qulluğu unudacaq. Bu unutma isə həssas könlün donmasına səbəb olacaqdır.

Necə ki Allah Elçisi (səv) bu həqiqətə “Diqqət edin! Əməl və arzularınız uzanıb sizə əcəlinizi unutdurmasın! Əks təqdirdə qəlbləriniz qatılaşacaqır ” sözləriylə işarə etmişdir. Yenə Hz. Peyğəmbər (səv)-in, “Allahı unudaraq lüzumsuz danışmalara dalmayın. Çünki Allah xatırlanmadan edilən uzun-uzadı danışıqlar ürəyi qatılaşdırar. Allahdan ən uzaq olan kimsə isə ürəyi qatı olandır.

Nəticə olaraq demək olar ki, ilahi feyz ilə yumşalmamış bir könül, quru deməkdir. Səhralarda faydalı bitkilər yetişməyəcəyi kimi, susuz könüldən də gözəl nəticələr çıxmayacaqdır. Bizim üzərimizə düşən vəzifə isə ilahi rəhməti cəlbedəcək vəsilələrə sarılmaq və şəfqət damarlarını açacaq davranışlar göstərməkdir.

Mənbə:gencdergisi.com

Read Previous

“Hidanə” nədir?

Read Next

Doğru yol

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.