• 21 Sentyabr 2020

Rəsulullahı və Sünnəni Anlamaqda Aktual Probləmlər

Günümüzdə Rəsulullah (səs) və sünnə istər bilərək, qəstdən istərsə də sünnənin dinimizdəki yerini və əhəmiyyətini bilmədən, sünnə Qurandan ayrı bir ünsürmüş kimi göstərilməyə çalışırlar. Beləcə sünnəni gözdən salmağa cəhd edirlər. Gəlin sünnə və Quranın necə ayrılmaz bir bütün oduğunu, sünnə olmadan, Quranın tam olaraq anlaşılmayacağına ayə və hədislər işığında nəzər salaq.

Bir hədisi şərifdə Peyğəmbərimiz (səs) belə buyurur:

“Sizə iki şey verirəm. Bunlara möhkəm sarıldığınız müddətcə əsla doğru yoldan ayrılmayacaqsınız ; Allahın kitabı və Rəsulunun sünnəsi.”

Bir başqa hədis rəvayətində belə buyurulur:

“Sizə, bağlandığınız təqdirdə, məndən sonra əsla doğru yoldan ayrılmayacağınız iki şey buraxıram. Bunlardan biri diğərindən daha böyükdür. Bu, Allahın kitabıdır. Səmadan ərzə uzadılmış bir ip kimidir. Digəri isə, mənim nəslim – əhli beytimdir. Bu iki şey cənnətdə Kövsər hovuzunun başında mənə gəlib haqqınızda məlumat verincəyə qədər bir birindən ayrılmayacaqlar. Elə isə, bunlar haqqında, necə xələfim olacağınızı siz düşünün.”

Hədisin birində, Qurandan sonra ikinci əmanətin sünnə, digərində Əhli Beyt olduğu deyilir. Bu iki ünsür bir çox hədisdə mədh edilmiş, qiymətini bilməyimiz istənilmişdir. Əhli Beytə dəyər verməyimizin gərəyi vurğulanmışdır.

Peyğəmbərimizin (səs) bizə Qurandan sonra ikinci əmanəti olan sünnənin, Qurandan ayrılmaz bir bütün olduğu, ekiz qardaş olduğu da bu hədislərdən anlamaqdayıq. Hər ikisilə əməl edilməsinin lazımlığı bildirilmişdir. Bu gün sadəcə Quran yetər deyənlərə bu hədislər bir cavabdır. Rəbbimiz Ali-İmran surəsinin 31-ci ayəsində belə buyurur:

 “Əgər Allahı sevirsinizsə Rəsulullaha bağlanın ki, Allah da sizi sevsin”. Rəbbimizin Peyğəmbərimizə itaət edilməsini əmr edən bundan başqa da bir çox ayələr mövcutdur.

Quran və Sünnəni ayırmağa çalışmaq xətadır. Sünnə dinin qalxanıdır. İslam dininə qarşı art niyyətləri olanlar, Quran və Sünnəni ayırmaqla niyyətlərinə çatacaqlarına inanırlar. Halbuki Sünnə Quranın açıqlayıcısıdır. Sünnəni qəbu etməyərək Quranı istədikləri kimi yorumlamaq, mənfəət və nəfslərinə uyğun şəkildə hökmlər çıxardaraq İslamı təhrif etməyə çalışmaqdır bu işin başqa bir adı. Allaha insanlardan ən yaxın olan Rəsulullahdır və Allahın əsində nəyi murad etdiyini ən yaxşı o bilir.

Quran və Sünnə bir birindəm ayrılar, insanlar Quran ayələrini sünnə və hədislərdən ayrı yorumlayarsa, hər bir kəsin özünə görə hökmləri olan İslam ortaya çıxar. Halbuki İslam ayə və hədislə bildirilən formasıyla, hökm və qaydaları bəlli olan bir dindir.

Rəsulullahın həyatı Quranının izahıdır. O gələn vəhyləri əzbərlədi, səhabələrinə əzbərlətdi və yazdırdı, özü də həyatında tətbiq edərək göstərmişdir. Nəticədə Quran Allahın Cəbrail vasitəsə ilə Peyğəmbərimizə vəhy etdiyi və resulullahın oxuduqlarından bizə gəlib çatan Allahın sözləridir.

Sünnə və hədis, günümüzə necə gəlib şatmışdır? Səhabələr, Rəsulullahım hədis və sünnəsini revayət edəkən çox diqqətli davranmışdırlar. Özləri olduğu kimi çatdırar, hədis imamları da yazıya keçirərkən diqqətlicə ələkləmişdirlər. Səhabələr bildikləri hədisləri də söyləyərkən, qorxub çəkinərdilər.

Bir hədisdə də, hz Peyğəmbər belə buyurur: “Ey insanlar biliniz ki, mən bir bəşərəm. Rəbbimin elçisinin (ölüm mələyinin) gəlməsinə və dəvətinə icabət etməyim yaxındır. Mən sizə iki qiymətli şey buraxıram. Birincisi Kitabullahdır, içində nur və hidayət vardır. Allahın kitabını alın və ona dört əllə sarılın. Əhli-Beytim haqqında sizə Allahı xatırladıram.”

Allahın elçisi rəsuldur, yəni Allaha açılan qapımızdır. Əsas məqsəd Allahın razılığı və sevgisini qazanmaqdır. Digər tərəfdən Allah Təala Rəsulullaha dəyər vermiş, Ona itaət etməyimizi söyləmişdir. Allaha gedən yol Rəsulullahdan keçər. Mövzuyla əlaqəli bir hədisdə də, belə deyilir:

“Elə bir zaman gələcək ki, rahat oturduğu halda, mənim hədisimi eşidincə o şəxs, belə deyər; mənimlə sizin aranızda Allahın kitabı vardır. Onda nə halal söylənmişdirsə halal, nə də haram söylənmişsə haram qəbul edirik, deyəcəyi zaman yaxındır. Bilin ki, Rəsulullahın haram etdiyi də, Allahın haram etdiyi kimidir.”

Bu hədislə Peyğəmbərimiz yaxın zamanda çıxacaq fitnəyə diqqət çəkmişdir. Sanki özünün söylədikləri ilə Quranın söylədikləri fərqliymiş kimi anlayan insanların çıxacağını əvvəlcədən xəbər vermişdir.

Həqiqətən bu gün bəzi insanlar hədisləri qəbul etmirlər, namazın sünnələrini tərk edir, bizə Quran yetər düşüncəsindədirlər. Halbuki bu fikrin nə qədər səhv, dinə, imana zərər verən bir düşüncə olduğunu xəbər verir.

Hz Aişəyə Rəsulullahın əxlaqı soruşuduğu zaman, Onun əxlaqı Quran əxlaqıdır demişdir.

Yenə bir ayəti kərimədə;

“O həvəsinə görə danışmaz”, “söylədiyi şey, bildirilən bir vəhydən başqa bir şey deyildir.”

Yəni Peyğəmbər Əfəndimizin elədikləri Rəbbimizin nəzarəti altındaydı. Bir problem meydana gələrsə, Rəsulullah bu mövzuda bir ayə gözləyərdi ya da özü qərarını bildirərdi. Bu qərarı da İlahi nəzarət çərçivəsində olmuşdur.

Günümüz problemlərindən biri də, bəzi nafilə ibadətlərin və duların dinə sonradan əlavə edilən bidətlər olduğu iddiasıdır.

Bu barədə bir hədisi-qüdsidə Rəbbimiz; ”insan fərzlərlə mənə yaxınlaşdığı qədər heç bir şeylə yaxınlaşa bilməz. O şəxs nafilə ibadət edərsə, mən onun görən gözü, eşidən qulağı, tutan əli, yeriyən ayağı olaram. Artıq o mənimlə görər, mənimlə yeriyər”buyurur.

Fərz hökmlər vəzifələrimiz, məcburiyyətlərimizdir. Qulluq vəzifəsidir. Rəbbimizin daha çox mərhəmətinə, sevgisinə, rizasına qovuşmaq istəyiriksə fərz ibadətlərimizi nafiləərlə bəzəməliyik, nafilələrə də önəm verməliyik. Rəsulullah əfəndimiz həyatının hər səfhəsində işləri dua ilə görmüş, yatmadan dua etmişdir, dua ilə qalxmışdır.

Qaynaqlar:

[1] Kütübi Site (Muvatta Kades)

[2] Kütübi Site (Tirimizi, Menakıb)

[3] Kütübi Site (Müslim)

[4] Kütübi Site (İbni Mace, Mukaddime)

[5] Necm Suresi 3-4. Ayetler

[6] İmamı Tirmizi

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 13 dəfə.

Qulu Məmmədov

Read Previous

Sual: Balın zəkatı varmı, varsa, necə verilməlidir?

Read Next

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr.” (İnşirah surəsi 5,6-cı ayələr)