• 20 Aprel 2024

Ramazan ayının üstünlükləri

ramazanRəbbimiz, qullarının əbədi səadəti üçün, həyat təqvimində, ilahi rəhmət, əfv və bağışlamanın sanki tüğyan etdiyi bəzi mənəvi qazanc mövsümləri təyin etmişdir. Bu mövsümlərin ən bərəkətlisi, heç şübhəsiz ki, mübarək ramazan ayıdır. Çünki:
– Hidayət rəhbərimiz olan Quran-ı Kərim, bu mübarək ayda endirilmişdir.
– Müstəsna bir ruhi yetkinlik vəsiləsi olan oruc ibadəti bu aya məxsus bir fərz qılınmışdır.
– Min aydan xeyirli olan Qədr Gecəsi, Ramazan gecələri içində lutfedilmiştir.
– Bu ayın gecələri, iftar, təravih və sahurlarla bərəkətləndirilmiştir.
– Müxtəlif ehtiyac və məhrumiyyətlər içində qıvrılan qəlbi qırıqlar, yetimlər, ən çox bu ayın gəlməsi ilə ümid və sevincə qərq olurlar. Çünki zəkat, sədəqə və infaq kimi ibadətlər, təbəssümü unutmuş nice üzləri, xüsusilə bu ayda sevincə qovuşdurar.
– Bu ayda cənnətin qapıları açılar.
– Günahlardan qorunmaq, pisliklərdən əl çəkmək surətiylə cəhənnəm qapıları bağlanar.
– Şərlər və şeytanlar da, kamil möminlərin təqva zəncirləriylə bağlanar.
Beləcə möminlərə əbədi səadət qapılarını açan ramazan, bütün bir ümmətin iqbal qapılarını da aralyar.

Mənbə:2g1d.com

Read Previous

Ramazan Və Oruc haqqında ayə və hədislər

Read Next

Çində Uyğur türklərinə oruc tutmaq yenə qadağan edildi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.