• 06 İyun 2020

RAMAZANIN SON 10 GÜNÜNDƏ MİSİRDƏ TƏRAVİH QILINACAQ

Misirdə, kovid-19 pandemiyası səbəbindən qapadılmış məscidlərdə ramazanın son 10 günündə təravih namazları qılınacaq. İslamveirfan.com xəbər verir ki, bu barədə “Əzhər” qurumunun bəyanatı yayılıb.  

Bəyanatda, bu ibadətlərin ictimaiyyətə açıq olmayacağı, namazlarda sadəcə məscid əməkdaşları ilə dezinfeksiya heyətinin iştirak edəcəyi bildirilib. Həmçinin, təravih namazlarının “Əzhər”in rəsmi Facebook səhifəsindən canlı yayımlanacağı da qeyd edilib.

Qeyd edək ki, hazırda Misirdə 6 465 kovid virusunun daşıyıcısı var və onlardan 429 nəfər dünyasını dəyişib.  

/Anadolu/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 10 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ORUCLA BAĞLI SÜBUT OLUNMUŞ ELMİ FAKTLAR

Read Next

ALMANİYADA MƏSCİDLƏRİN AÇILACAĞI TARİX AÇIQLANDI