• 29 Mart 2024

RASULULLAH (SƏV)-İN AĞLAMAĞI

images3Səhabə həzrətləri “bir rəhmət peyğəmbəri” olan Rəsulullahı tez-tez ağlayan görərdilər. O, dünya üçün ağlamırdı. Bəzən vəfat edən bir adamın arxasınca rəhmət yașları axıtmıș, bəzən ümmətinə sevgisindən ağlamıș, bəzən Allah qorxusu və sayğısı ilə bulud kimi boşalmış, bəzən də Quran dinlərkən için-için göz yașı tökmüşdü.

O, ağlamaq kimi son dərəcə təbii və fitri bir davranıșı mənfi qarșılamamıș,  lakin qəza-qədərə və Allahın təqdirinə üsyan edərək ağlamağı və matəm saxlamağı düzgün hesab etməmişdi.

Qaynayan qazan kimi için-için ağlayardı

Abdullah bin Avf nəql edir: “Namaz qılarkən Rəsulullaha yaxınlașdım. Ondan ocağın üstündə qaynayan qazan kimi için-için ağlama səsi gəlirdi”.[1]

Şübhəsiz ki, Onu ağladan cəlal (əzəmət) və camal (gözəllik) sifətlərinin təcəllisindən qaynaqlanan Allah qorxusu idi. Çünki O, “Sizin içinizdə ibadət və saleh əməllərdə ən öndə olan və Allahdan ən çox qorxan mənəm”, “Mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlardınız” deyən bir Peyğəmbərdir.

Yenə bir dəfə günəș tutulmuşdu. Allah-Təalanın  bu möhtəșəm icraatını görən Rəsulullah dərhal qalxıb namaz qılmağa başladı. Qiyamını (namazda ayaq üstə dayanma) o qədər uzatdı ki, orada olan Abdullah bin Amr onun səcdə etməyəcəyini düșünməyə bașladı. Xeyli sonra rükuya getdi. Rükunu da  o qədət uzatdı ki, elə zənn etdilər, bir daha bașını qaldırmayacaq. Bir müddət sonra bașını rükudan qaldırdı və uzun müddət qiyamda dayandı. Ardınca səcdəyə getdi. Səcdəsi uzun çəkdi. Sonra səcdədən qalxdı və iki səcdə arası oturuşda uzun müddət gözlədi. Təkrar səcdəyə getdi. İkinci səcdəsində də uzun müddət gözlədi və hönkür-hönkür ağlamağa bașladı. Ağlaya-ağlaya içini çəkir, Rəbbinə dua edirdi: “Ey Rəbbim! Sən nə qədər onların içindəyəm, onlara əzab etməyəcəyini mənə vəd etmədinmi? Sən mənə onlar istiğfar etdiyi (Səndən bağışlanma dilədiyi) müddətdə onlara əzab verməyəcəyini vəd etmədinmi? Ey Uca Allahım! Bax, Sənə istiğfar edirik”.

Bu iki rükətlik namazı qılandan sonra günəș tutulması keçmişdi. Qalxdı və Allah-Təalaya həmdü-səna etdi. Ardınca da: “Allahın bir çox ayələri (dəlilləri) var: Günəș və ay da onlardandır. Onlar nə bir insanın ölümü, nə də doğulması səbəbi ilə tutulur. Bu iki böyük ayənin tutulduğunu müșahidə etsəniz, dərhal Allahı xatırlayıb zikr etməyə tələsin,” – buyuraraq indi əyləncə hesab etdiyimiz ay və günəș tutulmasının əslində dua və zikr vaxtı olduğunu xatırlatmıș və bizləri xəbərdar etmișdir.

Quran dinləyəndə ağlayardı

Bir gün Rəsulullah Abdullah bin Məsuda Onun üçün Quran oxumağı xahiş edir. Təəccüblənən Abdullah bin Məsud (r.a.): “Quran sizə nazil olub və ən çox sizin səsinizə yarașır, mən sizə necə Quran oxuya bilərəm, ya Rəsulallah?” – deyir. Peyğəmbərimiz (s.ə.s.) də: “Bașqasının oxuduğu Quranı dinləməkdən çox  xoșum gəlir,” – deyə cavab verir. Abdullah (r.a.) “Nisa” surəsini oxumağa bașlayır. Və “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (onların halı) nə cür olacaq?” (41-ci ayə)  ayəsini oxuyanda Rəsulullahın gözlərindən yaş axdığını gördüm,” – deyir.

Qədərə üsyan etməyən göz yaşları

Hz. Aișənin rəvayət etdiyinə görə Rəsulullah (s.ə.s.) süd qardașı Osman bin Mazun vəfat edəndə onu öpüb ağlamıșdı.

Peyğəmbərimizin (s.ə.s.) Misirli Mariya anamızdan bir oğlu olmușdu. Onu çox sevər və həmișə șəfqətlə qucaqlayardı. İbrahim adlı bu övladı iki yașına az qalmış xəstələndi və xəstəliyi sürətlə ağırlaşdı. Peyğəmbərimiz (s.ə.s.) onu qucağına götürdü, iylədi və sonuncu dəfə bağrına basıb öpdü.

Bu vaxt göz yașlarını saxlaya bilmədi və: “Allahın təqdirinə bir șey deyə  bilmərik, İbrahim!” – deyə duyğularını dilə gətirdi. Körpə ruhunu təslim edəndən sonra Sevgili Peyğəmbərimiz (s.ə.s.) gözləri yașlı: “Göz yașarar, ürək də hüznlənər. Bizə Allahın rizasına uyğun olmayan bir söz söyləmək yarașmaz. Ey İbrahim, sənin ölümün bizi dərin hüznə qərq etdi… Əgər ölümün Allahın təqdiri olmasa idi, əcəlin gəlməsə idi və sonrakılar əvvəlkilərə qovușmasaydı, sənin gedişin bizi daha çox sarsıdardı!” – demişdi.

Rəsulullahın göz yaşlarını görən səhabələr Onun ağlamağı qadağan etdiyi halda niyə ağladığını sorușdular. Rəsulullah buyurdu: “Mən kədərlənməyi qadağan etmədim, fəryad edərək və qədərə üsyan edərək baş-gözə vurub ağlamağı qadağan etdim. Məndə gördüyünüz göz yașları qəlbdəki sevgi və ağrı-acının əsəridir…”[2]

İbn Abbas Həzrətləri rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) bir qız ușağını qucağına aldı. Ușaq bir müddət qucağında qaldı və sonra vəfat etdi. Ümmü Əymən ucadan ağlamağa bașladı. Peyğəmbərimiz (s.ə.s.) onun fəryadla ağlamasına mane olanda: “Mən Sizin ağladığınızı görmədimmi, ya Rəsulallah? Sizin də ağladığınız zamanlar olmurmu?” – deyir. Peyğəmbərimiz (s.ə.s.) bu suala belə cavab verdi: “Mən səbirsizlikdən və qədərə etirazdan qaynaqlanan fəryad və fəğan şəklində ağlamıram. Məni ağladan  mərhəmətimdir. Şübhəsiz ki, mömin hər bir vəziyyətdə xeyir istər və xeyir istiqamətindədir. Ruhun alınması onun üçün bir xeyirdir, buna görə Allaha həmd edər”.

mənbə:

meneviyyat.az

Read Previous

TAPILAN HƏR HANSI BİR ƏŞYANI NƏ ETMƏK LAZIMDIR?

Read Next

ABDULLAH BİN MƏSUD (RA)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.