• 19 Mart 2024

Rəhmətin bol olduğu “üç aylar”

Uca Allah, məkanlar içində müqəddəs məkanlar; zamanlar içində də müqəddəs zamanlar yaratmışdır. Zamanlar içində yaratdığı müqəddəs zamanlardan biri də, üç Aylar deyə adlandırılan “Rəcəb, Şaban və Ramazan” aylarıdır.
Min bir rəhmət ilə bizləri əhatə edən üç aylar mövsümü, bu baxımdan ən gözəl fürsət dəmləridir. Özündə olan mübarək gecə və günlərin çoxluğu və feyzi səbəbindən üç aylar, hər yönü ilə mənəvi təhsil aylarıdır. Cənnət qazancının ən qazanclı zamanlarıdır. Bu vaxtlarda, mirac kimi, mənlikdən sıyrılıb yeddi qat göylərə yüksəlməyi ifadə edən möcüzəvi hadisələrdəki hikmətə ram olub bütün ibadətlərini mirac ruhuyla edə bilənlər nə xoşbəxtdir!


Uca Rəbbimiz, bizlərə belə bir ruh nəsib etsin! Bizləri nəfsimizin və mənliyimizin şərindən mühafizə etsin. Heçlik və acizlik iqlimi içərisində sonsuz meraca nail olan bəxtiyarlar qrupuna daxil etsin. Ömrümüzün bütün zamanlarını, xüsusilə rəhmət kölgəsi üzərimizə düşən üç ayları feyz və bərəkət içində qiymətləndirə bilməyi ehsan buyursun! Amin!

mənbə:islamveihsan.com

Read Previous

Danışarkən nələrə diqqət etməliyik?

Read Next

Üç aylarda oxunacaq dua

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.