• 20 Aprel 2024

Rüsvayçılıq: 1 bilet üçün “müsəlman” oldular

 

justin-namNorveçdəki TV Norge telekanalı Castin Biberin Oslodakı konsertinə getmək istəyən yeniyetmələrin bilet əldə etmək üçün nələrə qadir olduqlarını aşkarlamaq üçün “zarafat”a əl atıb.

Verilən məlumata əsasən milyonlarla pərəstişkarı olan 19 yaşlı kanadalı müğənninin konsertinə on minlərlə norveçli yeniyetmə yollanmaq istəyib. Özlərinə “Belieber” deyən fanatlar arasında qızlar əksəriyyət təşkil edir.

TV Norge-un əməkdaşları da Oslo küçələrindən birinin səkisinə masa qoyaraq yanına üzərinə “Konverter! Til İslam Vinn Bieber-Billett” (“Mübadilə! İslamı qəbul et, Biberin konsertinə bilet qazan!”) yazılmış karton qoyublar.

5 norveçli qız da şərtləri yerinə yetirmək üçün üzlərindəki makiyajı silib və başlarına ləçək bağlayıb, sonra da “həyatlarının sonuna qədər İslamın şərtlərinə riayət etmək”lə bağlı and içib.

Telekanalın bu “zarafat”ının fanatların davranışını araşdırmaq olduğu deyilsə də, İslamın belə ucuzlaşdırılması Norveçdəki müsəlmanları hiddətləndirib.

Onlar TV Norge əməkdaşlarının “zarafat”ını rüsvayçılıq adlandırıblar və telekanalın müsəlmanlardan üzr istəməsini tələb ediblər.

Norveç Lüteran Kilsəsinin arxiyepiskopu isə olayı “faciə” kimi dəyərləndirib.

 

Read Previous

Həcc qiyməti və vaxtı açıqlandı

Read Next

Sonrakı peşmançılıq fayda verməz.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.