• 19 Aprel 2024

Sədəqə haqqında hədisi şəriflər

وعَنِ ابْنِ مَسْعُودٍ رَضِيَ اللهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وسَلَّم قَالَ :لَا حَسَدَ إِلاَّ فِي اثْنَتَيْنِ: رَجُلٌ آتَاهُ اللهُ مَالاً ، فَسَلَّطَهُ عَلَى هَلَكَتِهِ فِي الْحَقِّ ، وَرَجُلٌ آتَاهُ اللهُ حِكْمَةً sadaqa، فَهُوَ يَقْضِي بِهَا وَيُعَلِّمُهَا

İbn Məsud (r.a)-dan rəvayət edildiyinə görə Nəbi (s.ə.s) belə buyurdu: Ancaq iki nəfər qibtə edilməyə layiqdir: Allahın verdiyi malı haqq yolunda xərcləməyi bacaran adam. Allahın verdiyi elm və hikməti yerli-yerində hökm verən və onu başqasına öyrədən adam. (Buxari, Elm 15, Əhkam 3, Müslim, Müsafirin 268)

Mal və sərvət sahibi olmaq əlbətdə Allah Təala-nın biz insanlara bir lütfüdür. Ancaq əsas məqsəd Allahın lütfü olan malı haq yolda xərcləməyi bacarmaqdır. Çünki təcrübə göstərir ki, əldə olan malı xərcləmək üçün insanların çoxu xəsislik edir. Əslində“imtahan vəsiləsi” olaraq verilən mal, bir çox insanın, azmasına, haqsızlıq etməsinə səbəb olur. Həmçinin Allahın verdiyi elm də belədir. Əgər sənə lütf edilən elimə özün əməl etməzsən və ya başqalarına öyrətməzsənsə o zaman elminin haqqını vermiş olmazsan. Halbuki hədisdə bu iki şəxsə qibtə olunaraq vurğulanır. Bu iki neməti Allah yolunda dəyərləndirə bilən şəxslər həqiqətən qibtə olunmağa layiqdirlər.

وَعَنْ عَدِيِّ بْنِ حَاتِمْ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وسَلَّم قاَلَ : اِتَّقُوا النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ

Adiy bin Hatim (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurdu: Yarım xurma ilə də olsa özünüzü cəhənnəmdən qoruyun! (Buxari, Zəkat 10, Müslim. Zəkat 66-68, Tirmizi, Qiyamət 1, Zöhd 37)

Hədisimizdə vurğulandığı kimi sədəqə olaraq verilən malın azlığı deyil onun səmimi qəlbdən yaxşılıq üçün verilməsidir. Əgər belə edilərsə mütləq bu yaxşılığın sonu xeyirə vəsilə olar. xurmadan bəhs edərək həm nəfsimiz qarşısında məsuliyyət daşıdığımızı, həm də eynilə “Əməllərin ən xeyirlisi az, lakin daimi olanıdır” hədisində olduğu kimi fitrətə uyğun sədəqə yolunu bizə göstərir.
Peyğəmbərimiz (s.ə.s) bir xurma əvəzinə yarım xurmadan bəhs etməklə, insana bu iki məqam arasında müəyyən nizamın ibrətini verir. Əlində Allah yolunda sədəqə veriləcək yarım xurma varsa, bu, xurmanın digər yarısını ayırıb özümüzün yediyinin əlaməti deyil? Rəsulullah (s.ə.s) bizi, əsas özünü düşünməyən, lakin öz nəfsinin və bədəninin ehtiyacına qarşı da etinasız olmayan orta yola dəvət edir.
Yarım xurma ilə mübarək Peyğəmbərimiz (s.əs) verdiyi bu nəsihəti dərk etsək, həyatımızda baş verən bir çox ifrat-təfrit (bir şeyi həddindən çox və ya az etmək) məsələləri öz həllini taparaq müəyyən nizama düşəcək. Yaxud yarım xurma ilə sevgili Peyğəmbərimiz (s.ə.s)-in verdiyi bu hikmətli ibrəti dərk etsək, “ya tam, ya da heç” düşüncəsinin əvəzini, “həm o, həm də bu” düşüncəsi tutacaq. Bu səbəblə yaxşılığın azı çoxu deyil səmimi qəlbdən Allah üçün verilməsi önəmlidir.

Read Previous

Xarici mətbuatdan xocalı haqqında yazılar

Read Next

BORC HAQQINDA HƏDİSİ-ŞƏRİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.