• 28 Mart 2024

“Şəhidlər məscidi” ibadətə açıldı

sehidler mescidi“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən tikilən və yenidən təmir işləri ilə əlaqədar olaraq bağlanan “Şəhidlər məscidi” kimi tanınan məscid bu gündən etibarən yenidən istifadəyə verildi.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, məscidin sadəcə olaraq təmir işləri ilə bağlı fəaliyyətinin dayandırıldığını bildirib.

Məsciddəki təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirib. İş icraçısının sözlərinə görə, onlar ibadət evinin daxilində və minarələrdə təmir işi ilə məşğul olublar.

Onu da qeyd edək ki, “Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən inşa etdirilən “Şəhidlər məscidi” 28 iyun 1996-cı ildə ibadətə açılıb. İbadət ocağı 2008-ci ildən etibarən təmirə bağlanmışdı.

Read Previous

Xoşbəxt övlad tərbiyə etməyin yolları

Read Next

Salavatla əlaqəli hədisi şəriflər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.