• 29 Mart 2024

Şəkidə İftar çadırı

110 ildir ənənəvi şəkildə davam edən Şəki İslam Mədrəsəsinin təşkil etdiyi və Xalqımızın xeyirxah insanlarının dəstək verdiyi ƏNƏNƏVİ “İFTAR SÜFRƏSİ” bu il də öz xidmətinə başladı. Hər gün Şəki dindarları ilə yanaşı Şəki İslam Mədrəsəsinin şagirdlərinə də İftar süfrəsi təşkil edilir. Şəki İslam Mədrəsəsinin şagirdləri könüllü olaraq “İFTAR SÜFRƏSİ”-nin qonaqlarına xidmət göstərir və Həzrət Muhammmədin (səs) Kim bir Oruc tutana iftar verərsə, oruc tutanın qazanacağı savab qədər savab əldə edər. Bu zaman oruc tutanın savabından da heç bir şey əskilməz. Hədisi-şərifinə əsasən bir deyil yüzlərlə oruclunun əldə etdiyi savabı əldə etmiş olurlar. Eyni zamanda ən gözəl iftar süfrələrindən sayılan “İFTAR SÜFRƏSİ”-nə öz maddi köməyini göstərən xalqımız da Peyğəmbərimizin bu müjdəsinə nail olmuş olurlar. 

Sizləri də bu gözəl “İFTAR SÜFRƏSİ”-nə dəvət edirik. “İFTAR SÜFRƏSİ”-ni təşkil edənləri və dəstək olanları bu savabdan məhrum etməyin. Allah oruc və  ibadətlərinizi qəbul etsin.

[wzslider autoplay=”true”]

Read Previous

Hansı Şeylər Orucu Pozub Yalnız Qəzanı Tələb edir?

Read Next

Oruc haqqında suallar və cavablar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.