• 22 Avqust 2019

Şəkidə Yol Qəzası. Ailənin dörd üzvü yaralandı (VideoÇarx)

44822

Şəki rayonu ərazisində bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Minber.Az-ın Şəkinin “Kanal-S” telekanalına istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 42-ci km-də, Şəkinin Göybulaq kəndi ərazisində qeydə alınıb.

Şəki sakini Mahmudov Yadigar Zeyqam oğlunun idarə etdiyi 55 BL 127 dövlət nömrə nişanlı vaz 21 06 markalı avtomobil, Zaqatala Çobankol sakini Məmmədov Akif Əlibəy oğlunun idarə etdiyi 62 BD 945 dövlət nömrə nişanlı vaz 21 06 markalı avtomobillə toqquşub.

Hadisədə sürücü Akif Məmmədov yüngül xəsarət alsa da, onun sərnişinləri Məmmədova Axsurə Məhəmməd qızı və Məmmədova Xəzanə Hacı qızı müxtəlif bədən xəsarətləri ilə Şəki MRX-na yerləşdiriliblər. Qəzaya ilkin səbəb kimi avtomobillərin düzgün sürət həddi seçməməsi göstərilir.

Faktla bağlı Baş DYP İdarəsinin İstintaq Bölməsində araşdrıma aparılır.

Mənbə: APA

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 129 dəfə.

dbabayev

Read Previous

Mərkəzi Neftçilər Xəstəxanasında həyəcan

Read Next

Cənub qaz dəhlizi ilə bağlı ilk saziş imzalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.